12-14 dekabr tarixlərində doqquz dan qara kəmər sahibi, şotokan karate üzrə tanınmış ustad Hitoşi Kasuyanın rəhbərliyi ilə 33-cü Ümumrespublika Texniki Seminar və İmtahan keçiriləcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.
Bildirilib ki, tədbirin əsas məqsədi şotokan karate üzrə texniki hazırlığın təkmilləşdirilməsi, idmançı və məşqçilərin bilik və bacarıqlarının beynəlxalq tələblərə uyğun şəkildə artırılmasıdır.
Seminar zamanı iştirakçılara şotokan məktəbinin fundamental prinsipləri, texniki göstəriciləri və imtahan prosedurları üzrə müvafiq təlimlər təqdim olunacaq.
Qeyd edək ki, 33-cü Ümumrespublika Texniki Seminar və İmtahanın keçirilməsi ölkəmizdə karate idmanının inkişafına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və peşəkar kadr hazırlığının dəstəklənməsinə mühüm töhfə verir.