UFC rusiyalı Pyotr Yan və gürcüstanlı Merab Dvalişvili arasında üçüncü döyüşü təşkil etməkdən imtina edə bilər.
İdman.Biz xəbər verir ki, 46 yaşlı UFC Şöhrət Zalının üzvü, yarımağır və ağır çəki dərəcələrində keçmiş ikiqat UFC çempionu Daniel Kormye bunun səbəbini izah edib.
"Görünür, Pyotr Yan Merabla revanş döyüşündə maraqlı deyil. Amma sözügedən çəkidə divizionun ən böyük ulduzu olan Şon O'Melli var və adamda "niyə O'Mellini Petr Yana qarşı qoymayaq, onda Şon heç vaxt döyüşməyəcək?" demək istəyi yaranardı. Lakin bu, ədalətsiz olardı, çünki Merab şübhəsiz ki, növbəti kəmər uğrunda mübarizə aparmalıdır", - "Bloody Elbow" Kormyedən sitat gətirib.