top
Tahir Abdullayevin UFC ilə müqavilə xəbəri təsdiqlənmədi Idman.biz
Dünən, 12:06
- +

Tahir Abdullayevin UFC ilə müqavilə xəbəri təsdiqlənmədi

Ən nüfuzlu döyüş promouşeni olan UFC-də çıxış edən azərbaycanlı döyüşçülərin sayı yaxın vaxtlarda beşə çata bilər.

İdman.Biz xəbər verir ki, UFC ilə bağlı xəbərlər paylaşan yerli "Instagram" hesablarından biri azərbaycanlı döyüşçü Tahir Abdullayevin (21-3) UFC ilə rəsmi müqavilə imzaladığını və iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək UFC Bakı turnirində debüt edəcəyini bildirib.

Lakin ABŞ promouşeninin rəsmi resurslarında bu məlumat hələlik təsdiqini tapmayıb.

Bundan əlavə, Azərbaycanda UFC turnirlərinin təşkilatçısı olan "Baku City Circuit" (BCC) şirkətində də İdman.Biz-ə verilən açıqlamada bu məlumat təsdiqlənməyib. Bildirilib ki, Bakıdakı turnirdə iştirak edəcək döyüşçülərlə bağlı daha əvvəl yayılan məlumatlar qüvvədə qalır.

Bu arada mənbələrdən biri saytımıza bildirib ki, Tahir Abdullayev böyük ehtimalla döyüşçülərlə işləyən bir şirkətlə müqavilə imzalayıb və bəzi şəxslər bu məlumatı yanlış anlayaraq UFC ilə müqavilə kimi təqdim ediblər.

Qeyd edək ki, döyüşçünün özü də sosial şəbəkələrdə dəfələrlə UFC-yə müraciət edərək onunla müqavilə bağlanmasını istəyib. O, həmçinin növbəti dayanacağının iyunun 27-də keçiriləcək UFC Bakı turniri olacağını yazıb. Lakin Abdullayev UFC ilə müqavilə imzalaması barədə heç bir paylaşım etməyib.

Onu da qeyd edək ki, "Tank" ləqəbli Tahir Abdullayev yarımorta çəkidə "UAE Warriors" təşkilatının çempionudur. O, daha əvvəl Rusiyanın "AMC Fight Nights" promouşenində də çıxış edib.

Əlavə edək ki, ötən il o, sosial şəbəkələrdə diqqətçəkən paylaşımı ilə gündəmə gəlib. Abdullayev orijinal formada erməni döyüşçü Armen Torosyanla döyüş təşkil olunmasını xahiş edib və paylaşımına belə bir şərh əlavə edib: "Mənə Torosyanı verin, ondan dolma düzəldəcəyəm".

Xatırladaq ki, iyunun 27-də Bakıda keçiriləcək UFC turnirində üç azərbaycanlı döyüşçünün iştirakı rəsmən təsdiqlənib. Bunlar Rafael Fiziyev, Nazim Sadıxov və Fərman Həsənovdur. Fərman Həsənov bu ilin may ayının əvvəlində nüfuzlu promouşen şirkəti ilə müqavilə imzalayıb. UFC-də çıxış edən digər azərbaycanlı döyüşçü Tofiq Musayev isə hazırda İqnasio Bahamondes üzərində qələbə qazandığı döyüşdə aldığı əl sınığını müalicə etdirir.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:04

Minifutbol üzrə Avropa Çempionatı: Azərbaycan millisi Serbiyanı məğlub edərək finala çıxdı

Futbol
Bu gün, 00:04

Minifutbol üzrə Avropa Çempionatı: Millimiz Serbiyanı penaltilərlə keçərək finala yüksəldi

Futbol
Bu gün, 00:04

Minifutbol Avropa Çempionatı: Azərbaycan millisi Serbiyanı penaltilərlə məğlub edərək finala yüksəldi

Futbol
Bu gün, 00:04

Minifutbol üzrə Avropa çempionatı: Millimiz Serbiyanı penaltilərlə keçərək finalda

Futbol
Bu gün, 00:04

Avropa çempionatı: Millimiz Serbiyanı məğlub etdi, finalda rəqib Ukrayna

Futbol
Bu gün, 00:04

Avropa Çempionatı: Minifutbol millimiz Serbiyanı penaltilərdə məğlub edərək finala yüksəldi

Futbol
Bu gün, 00:04

Minifutbol üzrə Avropa çempionatı: Millimiz finalda – Rəqib Ukrayna

Minifutbol
Bu gün, 00:04

Minifutbol üzrə Avropa çempionatı: Azərbaycan finalda, rəqib Ukrayna

Futbol
Bu gün, 00:04

Avropa Çempionatı: Millimiz Seriyanı penaltilərdə məğlub edərək finala adladı

Futbol
Bu gün, 00:04

Minifutbol üzrə Avropa çempionatı: Millimiz Serbiyanı penaltilərlə məğlub edib finalda Ukrayna ilə qarşılaşacaq

Futbol
Bu gün, 00:04

Minifutbol üzrə Avropa çempionatı: Azərbaycan millisi Serbiyanı penaltilərlə keçərək finala yüksəldi

Futbol
Bu gün, 00:04

Avropa Çempionatı: Minifutbol millimiz Serbiyanı penaltilərlə məğlub edərək finalda!

Futbol
Bu gün, 00:04

Minifutbol üzrə Avropa çempionatı: Millimiz Serbiyanı penaltilərlə məğlub edərək finalda, rəqib Ukraynadır

Futbol
Bu gün, 00:04

Avropa Çempionatı: Minifutbol millimiz Serbiyanı penaltilərlə məğlub edərək finala yüksəldi, rəqib Ukrayna

Futbol
Bu gün, 00:04

Avropa çempionatı: Minifutbol millimiz finalda, rəqib Ukrayna

Futbol
Bu gün, 00:04

Avropa çempionatı: Minifutbol millimiz Serbiya üzərində penaltilərlə finalda

Minifutbol
Bu gün, 00:04

Minifutbol Avropa Çempionatı: Millimiz Serbiyanı penaltilərlə məğlub edərək finalda

Futbol
Bu gün, 00:04

Minifutbol üzrə Avropa çempionatı: Millimiz Serbiyanı penaltilərlə məğlub edərək finalda Ukrayna ilə qarşılaşacaq

Futbol
Bu gün, 00:04

Avropa çempionatı: Millimiz Serbiyanı məğlub edib finala yüksəldi, rəqib Ukrayna

Futbol
Bu gün, 00:04

Avropa çempionatı: Minifutbol millimiz Serbiyanı penaltilərlə keçərək finalda

Futbol
Bu gün, 00:04

Avropa çempionatı: Millimiz Serbiyanı penaltilərlə məğlub edərək finala vəsiqə qazandı

Futbol
Bu gün, 00:04

Avropa çempionatı: Millimiz Serbiyanı məğlub edərək finala çıxdı, rəqib Ukraynadır

Futbol
Bu gün, 00:04

Avropa çempionatı: Minifutbol millimiz finalda, rəqib Ukrayna

Futbol
Bu gün, 00:04

Avropa Çempionatı: Minifutbol millimiz Serbiyanı məğlub edərək finalda

Oxşar xəbərlər