top
Müharibə Veteranının Bakıətrafı Kəndlərdə Karate Klubunu Yaşatmaq Uğrunda Mübarizəsi: İDMAN.BİZ Müsahibəsi Idman.biz
19 noyabr 2025, 14:09
- +

Müharibə Veteranının Bakıətrafı Kəndlərdə Karate Klubunu Yaşatmaq Uğrunda Mübarizəsi: İDMAN.BİZ Müsahibəsi

52 yaşlı Füzuli Həşimov - Birinci Qarabağ müharibəsi veteranı, karate üzrə məşqçi və beynəlxalq hakimdir. Artıq təxminən 30 ildir ki, Bakıətrafı kəndlərdə uşaqlara və yeniyetmələrə dərs keçir. Bu illər ərzində Füzuli Həşimov bir çox xarici seminarlarda iştirak edib, onun şagirdləri respublika turnirlərinin qalibi olub və Azərbaycanı beynəlxalq yarışlarda layiqincə təmsil ediblər.

Lakin bu gün onun klubu çətin dövr yaşayır. Pandemiyadan sonra bir çox qruplar bağlanıb, qalanlar isə ən sadə avadanlıqdan tutmuş yarışlara yollanmaq üçün sponsor dəstəyinə qədər hər cür köməyə ciddi ehtiyac duyur.

Bütün bunlar və karate yoluna necə çıxması barədə Füzuli Həşimov İdman.Biz-ə danışıb.

Karate yolunun başlanğıcı

Karate sevgisi Füzuli müəllimdə hələ uşaqlıqdan yaranıb. O, Lənkəran rayonunda böyüyüb və bu döyüş sənətinin ilk elementlərini ona təxminən beş yaşı olanda atası öyrədib.

"O zaman atam sovet ordusunda xidmət edirdi. Həmin vaxtlar karate ilə məşğul olmaq qanunsuz idi, onu yalnız hərbçilərə öyrədirdilər. Biz qardaşımla və digər uşaqlarla həyətlərdə və zirzəmilərdə gizli şəkildə məşq edirdik" - deyə, o xatırlayır.

SSRİ-nin dağılmasından sonra Füzuli Həşimov üçün bilik mənbələrindən biri filmlər və videokassetlər oldu. Həmin dövrdə Azərbaycanda şotokan istiqaməti, daha sonra isə kosiki-karate yayıld. Füzuli müəllim də məhz bu istiqamət üzrə peşəkar şəkildə fəaliyyətini davam etdirib.

Orduya və müharibəyə yollanma vaxtı çatanda o, öz sözləri ilə desək, artıq "hazır idmançı" idi. Cəbhədən qayıtdıqdan sonra qarşısında peşə seçimi dayanırdı:

"Həkim olmaq istəyirdim. Amma müharibədən sonra başa düşdüm ki, bunu bacarmayacağam. Psixoloji travmalar çox ağır idi. Mən başqa yol seçdim – ölkə üçün sağlam, ruhən güclü nəsil yetişdirmək. Bütün həyatımı buna həsr etdim".

Əvvəl-əvvəl çətinliklkər çox olub, qrup yığmaq üçün Füzuli müəllim məktəblərə müraciət edirdi. Amma cəmi üç ay ərzində təxminən 80 şagird topladı, sonra isə daha çox. "Söz-söhbət yayılıb" təsiri göstərdi və çox keçmədən onu özləri dəvət etməyə başladılar".

Öz klubu

Bu gün Füzuli Həşimovun özünün "Ken Yu Kai" karate klubu var. O, Pirşağıda, Kürdəxanıda və Bakının digər qəsəbələrində kosiki-karatenin ueçi-ryu kenyu-kay istiqamətinin elementlərini, psixologiyasını və fəlsəfəsini tədris edir. Məşqçi bu istiqaməti "unikal" adlandırır, çünki burada koordinasiya, çeviklik və güc dözümü birləşir.

Onun seksiyasının Füzuli müəllimin özü tərəfindən hazırlanmış xüsusi loqotipi var. Loqo insan üzünü xatırladır. Göy rəng ağlı simvolizə edir, ağ və qara isə xeyirlə şərin, əksliklərin əbədi mübarizəsini ifadə edir.

"Bir göz açıqdır - bu, uzaqgörənlik və dünyanı görməkdir. Digər göz isə yaşla bağlı qapalıdır - bu, insanın daxilindəki dünyadır, orada yaxşılıqla pislik bir-birini əvəz edir. Yaş isə insanı mənfi enerjidən azad edərək təmizləyir.

İçimizdə pozitiv üstünlük təşkil edəndə sağlamlığa və sülhə doğru can atırıq. Karate də elə budur – ruhun və bədənin gücü ilə sülhə doğru hərəkət. Loqodakı fəslər isə həyatın dövriyyəsini və karatenin tələb etdiyi sərtliyi əks etdirir. Bu idman növü ilə məşğul olan şəxs sərt, humanist, psixoloji cəhətdən dayanıqlı olmalı və insanları dərindən görə bilməlidir" – deyə o bildirir.

Maliyyə problemləri

Bu gün seksiyanın əsas problemi maliyyə məsələsidir. "Dövlət vəsaiti federasiyalara ayrılır və onlar da bu vəsaiti yığmada olan idmançılara yönləndirirlər. Bizə isə dəstək demək olar ki, çatmır" - müsahibimiz bildirir.

Onun sözlərinə görə, klublar ya öz hesabına, ya da nadir sponsorların köməyi ilə ayaqda qalır:

"Pandemiyadan əvvəl vəziyyət stabil idi: şagirdləri beynəlxalq turnirlərə gedirdi. "COVID-dən sonra bəzi zallarım bağlandı. Bu çətin dövr federasiyalara da təsir etdi, büdcələri azaldı. Nəticədə 19 təşkilatdan təxminən yarısı qaldı və onlar da vahid strukturda birləşdi. Bizim klub Karate Federasiyasının full-kontakt bölməsi ilə əməkdaşlıq edir, amma çətinliklər yenə də böyükdür".

Pandemiya o qədər ağır zərbə vurdu ki, iki il əvvəl Füzuli Həşimov birtəhər dolanmaq üçün "Azərpoçt"da aşağı maaşlı işə girməyə məcbur qaldı. Artıq idmandan qazanmaq mümkün deyildi, üstəlik, bir çox uşaqlar məşq haqqını ödəmirdi - lakin Füzuli müəllim yenə də onları məşq etdirməyə davam edirdi.

Bu gün klub kəskin şəkildə dəstəyə ehtiyac duyur. Elementar avadanlıqlar çatışmır, sponsor yoxdur və uşaqlar yarışlara gedə bilmir.

"Bir çox ailələrin imkanı məhduddur. Üstəlik, biz qəsəbələrdə işləyirik, burada onsuz da şərait azdır. Amma bacardığımız qədər kömək edirik. Məşq haqqını ödəyə bilməyən uşağı heç vaxt evə göndərmirik. Amma buna baxmayaraq, bir çox ailələr üçün vəziyyət ağırdır və bəziləri məcburən idmanı tərk edir" – deyə Füzuli müəllim vurğulayır.

Bütün çətinliklərə baxmayaraq, Füzuli Həşimov əsas məqsədini unutmur: "Azərbaycan gəncliyini ruhən güclü, sağlam, ölkəsinə və xalqına bağlı yetişdirmək istəyirəm. Arzum budur ki, uşaqlarımız bayrağımızı və millətimizi ən yüksək zirvələrdə şərəflə təmsil edə bilsinlər".

Leyla Eminova

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:05

Liverpul PSJ-nin ulduzu Barkola ilə maraqlanır

Futbol
Bu gün, 17:40

Bornmut "Çelsi"nin Aleks Skottu transferi ilə bağlı 64 milyon funtluq təklifini qəbul etməyib

Futbol
Bu gün, 17:20

Lids Mançester Siti qapıçısı ilə maraqlanır

Futbol
Bu gün, 17:00

Xəzər Mahmudov “Xankəndi”yə keçib

Futbol
Bu gün, 16:45

Arsenal Kristos Tsolisi transfer edib

Gimnastika
Bu gün, 16:39

Bakıda 31-ci bədii gimnastika çempionatı keçiriləcək

Futbol
Bu gün, 16:00

Sabahın Maluda transferi üçün tələb etdiyi məbləğ

Futbol
Bu gün, 15:40

Xankəndi futbol klubu məşqçilər korpusunu gücləndirib

Minifutbol
Bu gün, 15:00

Araz-Naxçıvan İmişli ilə yoxlama oyunu keçirəcək

Futbol
Bu gün, 14:40

Devid Bekhem mundialdan 19 milyon funt qazandı

Futbol
Bu gün, 14:39

"Xankəndi" yeni mövsümdə güclü məşqçilər korpusu ilə çıxış edəcək

Futbol
Bu gün, 14:20

N'Qolo Kante əvvəlcə Mali millisində oynamaq istəyib

Minifutbol
Bu gün, 14:08

"Araz-Naxçıvan" iyulun 24-də "İmişli" ilə yoxlama oyunu keçirəcək

Güləş
Bu gün, 14:00

Bakı şəhər avarçəkmə və kanoe üzrə açıq çempionatı

Futbol
Bu gün, 13:38

Argentinanın səbir kasası daşdı: AFA dezinformasiya kampaniyasına qarşı iddiası qaldıracaq

Futbol
Bu gün, 13:20

Anxel Korrea 17 milyonluq transfer ilə "Tiqres"ə keçir

Futbol
Bu gün, 13:08

Argentina Futbol Assosiasiyası dezinformasiya kampaniyasına qarşı məhkəmə iddiası qaldıracaq

Voleybol
Bu gün, 12:53

Fuad Ağayev: Avropa çempionatına təyinatım böyük irəliləyişə səbəb ola bilər

Digər
Bu gün, 12:23

Azərbaycan triatlonçuları Minskdə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər

Futbol
Bu gün, 12:20

Emin Mahmudov avrokuboklarda 10-cu qolunu vurdu

Futbol
Bu gün, 11:38

Neftçinin Dinamo ilə oyunundan sonra legionerinin fikirləri

Şahmat
Bu gün, 11:30

Shamakhi Open 2026 şahmat festivalı başa çatıb

Futbol
Bu gün, 10:53

Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia ABŞ-da saxlanıb

Futbol
Bu gün, 10:53

Argentina Futbol Assosiasiyasının prezidenti ABŞ-da saxlanılıb

Oxşar xəbərlər