top
Tallində Novruz Cup beynəlxalq futzal turniri keçirilib: AzeUnited qalib olub Idman.biz
23 mart 2026, 19:19
- ↺ +

Tallində "Novruz Cup" beynəlxalq futzal turniri keçirilib: "AzeUnited" qalib olub

Estoniyanın Tallin şəhərində türkdilli xalqlar arasında "Novruz Cup" beynəlxalq futzal turniri keçirilib.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin təşkilatçısı Estoniya-Azərbaycan "Birlik" icması olub.

Turnirdə Litva, Latviya, Finlandiya və Estoniyadan komandalar iştirak edib. Yarış müxtəlif ölkələrdən və mədəniyyətlərdən olan iştirakçıları bir araya gətirərək, təkcə idman ustalığını deyil, həm də birlik ruhunu nümayiş etdirib.

Püşkatmanın nəticələrinə əsasən komandalar iki qrupa bölünüb. A qrupunda "Baku" (Latviya), "AzeUnited" (Estoniya) və "Birger" (Estoniya) yer alıb. B qrupunda isə "Qarabağ Vilnüs" (Litva), "Qarabağ Tallin" (Estoniya), "Chama" (Finlandiya) və "Birger-2" mübarizə aparıb.

Qrup mərhələsindən sonra yarımfinal oyunları keçirilib. Birinci yarımfinalda "Baku" komandası "Birger-2"ni 2:0 hesabı ilə məğlub edib. İkinci yarımfinalda isə "AzeUnited" gərgin mübarizədə "Qarabağ Tallin" üzərində 4:3 hesablı qələbə qazanıb.

Üçüncü yer uğrunda keçirilən oyunda "Qarabağ Tallin" "Birger-2"ni 2:1 hesabı ilə məğlub edərək turniri üçüncü pillədə başa vurub.

Final görüşündə "Baku" və "AzeUnited" qarşılaşıb. Matç "AzeUnited" kollektivinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Yarışların sonunda mükafatlandırma mərasimi keçirilib. Turnir iştirakçıları diplomlar, fərdi mükafatlar, həmçinin kubok və medallarla təltif olunublar.

"Novruz Cup" turnirinin əsas məqsədi Estoniya gəncləri ilə qonşu ölkələrin gəncləri arasında əlaqələri gücləndirməkdir və təşkilatçıların fikrincə, bu məqsədə uğurla nail olunub. Gələcəkdə turnirin coğrafiyasının genişləndirilməsi və Avropanın digər ölkələrindən komandaların dəvət edilməsi planlaşdırılır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:13

Azərbaycan İkinci Liqasında səkkizinci tura yekun vurulacaq

Digər
Bu gün, 12:00

Cahangir Həsənzadə: “Sabah” “Borussiya”dan çəkinməyəcək”

Digər
Bu gün, 11:43

“Gümüş medalla kifayətlənən idmançılardan deyiləm” - güləşçimiz Elmir Əliyevdən İDMAN.BİZ-ə AÇIQLAMA + FOTO

Digər
Bu gün, 11:40

CEV Çempionlar Liqası: "Turan" Xorvatiya təmsilçisinə qarşı

Digər
Bu gün, 11:32

“Sabah”ın oyununa görə Bakı metrosunda xüsusi iş rejimi tətbiq olunacaq

Digər
Bu gün, 11:20

İngiltərə nəhəngləri "Sabah"ın rəqibinin müdafiəçisinin transferində maraqlıdır

Digər
Bu gün, 11:13

Bakı metrosu “Sabah”ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək

Digər
Bu gün, 11:00

“Sabah”la oyun öncəsi böhran: "Borussiya" baqajı təyyarəyə yerləşdirə bilmədi

Digər
Bu gün, 10:58

Çempionlar Liqasında ehtiyat oyunçular rekord sayda qol vurublar

Digər
Bu gün, 10:43

İspaniya Bakı mundialına hazırdır: “Real”, “Barselona” yetirmələri və “Arsenal”lı futbolçunun qardaşı heyətdə

Digər
Bu gün, 10:28

“Borussiya” Bakıya uçuş zamanı məcburi enişdən qeyri-adi üsulla yayınıb

Digər
Bu gün, 10:20

FIFA U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi

Digər
Bu gün, 10:13

Bakıda kişilər və qadınlar arasında tennis çempionatı başlayır

Digər
Bu gün, 10:00

“Neftçi”nin futbolçusu Avropaya yollanır? PAOK-dan gözlənilməz addım

Digər
Bu gün, 09:52

Məşhur futbolçu ilə müğənninin gizli sevgisi üzə çıxdı

Digər
Bu gün, 09:52

“Borussiya” Bakıdakı stadionla bağlı zarafatında vacib faktı gözdən qaçırdı - VİDEO

Digər
Bu gün, 09:44

“Fənərbağça”nın “Slaviya” sınağı, PSJ - “Barselona” dueli: Çempionlar Liqasında doqquz oyun - AFİŞA

Digər
Bu gün, 09:40

"Qızıl Top" mərasiminin aparıcıları müəyyənləşdi

Digər
Bu gün, 09:38

FIFA-nın tarixi turnirinin ilk xarici iştirakçıları Bakıya gəlib - FOTO

Digər
Bu gün, 09:23

“Sabah” bu gün Çempionlar Liqasında “Borussiya” ilə qarşılaşacaq

Digər
Bu gün, 09:20

22 yaşlı hücumçu "Yuventus"un "radar"ına düşüb

Digər
Bu gün, 09:08

“Barselona” Avropanı fəth etməyə hazırlaşır - Laporta hədəfi açıqladı

Digər
Bu gün, 09:00

ÇL: "Sabah" "Borussiya" ilə üz-üzə

Digər
Bu gün, 08:46

“Kristal Palas”da baş məşqçinin taleyi həll olundu - 0:5-dən sonra qərar

Oxşar xəbərlər