"Gəncə" heyətini gücləndirməkdə davam edir.
İdman.biz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Azərbaycan yığmasının basketbolçusu Ulaş Can Turğut ilə anlaşıb.
Hücumçu mövqeyində çıxış edən Ulaş 200 sm boya malikdir. 21 yaşlı basketbolçu 10 nömrəli "sarı-göy" formanı daşıyacaq.
Qeyd edək ki, Turğut son mövsümü "Sərhədçi"də keçirib.