top
Tahir Baxşıyev: Yer aldığımız qrupu çətin adlandırmazdım, komandaların səviyyəsi uyğun gəlir Report.az
09 sentyabr 2025, 15:36
- ↺ +

Tahir Baxşıyev: "Yer aldığımız qrupu çətin adlandırmazdım, komandaların səviyyəsi uyğun gəlir"

Azərbaycanın basketbol millisinin 2029-cu ildə keçiriləcək Avropa çempionatının ilkin təsnifat mərhələsində yer aldığı qrup çətin deyil.

Bu barədə "Report"a basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Tahir Baxşıyev açıqlama verib.

O, yığmanın qitə birincliyində qarşılaşacağı rəqibləri dəyərləndirib:

"Yer aldığımız qrupu çətin adlandırmazdım. Komandaların səviyyəsi bi-birinə uyğun gəlir. Nisbətən Şimali Makedoniya yığmasını fərqləndirərdim. Çünki heyətlərində daha yüksək səviyyəli basketbolçular yer alır. İrlandiya komandasına yaxşı bələdik. Ötən il onlara qarşı çıxış etdik, baxmayaraq ki, məğlub olduq. Lakin irlandlara qalib gəlmək olar. Çalışacağıq ki, bu dəfə daha yaxşı oyun sərgiləyək. Basketbolçu olduğum dönəmlərdə, təxminən 15 il əvvəl Lükemburqa qarşı çıxış etmişdim. Təbii ki, aradan uzun müddət keçib. Onların basketbolunda müəyyən inkişaf hiss etmək olur."

Mütəxəssis hazırda davam edən Avropa çempionatını nümunə gətirərək basketbol yarışlarında qarşılaşmaların gərgin mübarizə şəraitində keçdiyini deyib:

"Avropa çempionatındakı matçları izlədikdə görürsən ki, favorit komandalar olmur, kollektivlər əsl güclərini meydançada göstərirlər. Finlandiyanın Serbiyaya, Gürcüstanın isə Fransaya qalib gəlməsini buna nümunə gətirə bilərik. Ona görə biz də çalışacağıq rəqiblərimizlə axıra qədər mübarizə aparaq".

Qeyd edək ki, yığma ilk oyununu noyabrın 27-də səfərdə Şimali Makedoniyaya qarşı keçirəcək. 3 gün sonra evdə Lükemburqu qəbul edəcək seçməmizin üçüncü görüşü 2026-cı il fevralın 27-nə təsadüf edəcək. Komandanın rəqibi İrlandiya olacaq.

Xatırladaq ki, komandalar qruplarda dairəvi sistemlə (hər biri bir-biri ilə) ev və səfər formatında qarşılaşacaqlar. A qrupunda hər komanda 6 oyun, B və C qruplarında isə hər komanda 4 oyun keçirəcək. Hər qrupun qalibi (1-ci yeri tutan komanda) birbaşa növbəti mərhələyə yüksələcək.

Ən yaxşı ikinci yerlərdən biri də əlavə olaraq irəliləyə bilər (FIBA-nın ümumi reqlamentinə görə, qrupların balansı üçün). A qrupunda 4 komanda olduğuna görə, ən yaxşı qrup ikincisi uğrunda mübarizədə sonuncu pilləni tutmuş komanda ilə oyunların nəticələri nəzərə alınmayacaq.

basketbol azərbaycan basketbol millisi ilkin təsnifat mərhələsi Tahir Baxşıyev
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:08

Bavariya: Börsüsiya ilə 2:2 başa çatan oyunda üç futbolçu zədə adalar evləndi

Digər
Bu gün, 12:53

Fərid Qayıbov: “Qələbə qaçışı”nda 2000-dən çox iştirakçı

Digər
Bu gün, 12:48

Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı başlayır

Futbol
Bu gün, 12:47

Neftçi Şamaxı ilə matçda "Əfsanə zolaqlı" ev formasını geyinəcək

Futbol
Bu gün, 12:30

Kaka, Karlo Ançelotti və Rud Qullit Milanın Şöhrət Zalına daxil edildilər

Futbol
Bu gün, 12:29

Luka Modriç 2026 sonrası futbol kariyerine davam etməyə qərar verdi

Futbol
Bu gün, 12:18

Qalatasaray Rusiyadan üç futbolçu transfer etməyi planlaşdırır

Şahmat
Bu gün, 12:07

Azərbaycan Şahmat Çempionatı: Kişi və Qadınlar üzrə Qaliblər Açıqlanıb

Futbol
Bu gün, 12:00

Manchester United rəhbərliyi məşqçini dəyişdirməyəcək

Formula 1
Bu gün, 11:53

Liam Louson Meksika Qran-prisinin təsnifat mərhələsində diskvalifikasiya edildi

Digər
Bu gün, 11:47

Bakıda VI “Qələbə qaçışı”nın qalibləri müəyyənləşib: rekord iştirak, xeyriyyə fondundan 20 manat ianə

Digər
Bu gün, 11:39

Amerikalı üzgüçü Keyt Duqlas 100m sərbəst hovuzda yeni dünya rekordunu yaratdı

Digər
Bu gün, 11:39

Bəxtiyar Əsgərli: ‘Qələbə qaçışı’ qalibi yarışın məna və təəssüratları

Futbol
Bu gün, 11:30

20 yaşlı Brayan Faryanyas Barcelona-nın əsas komandasında ilk oyununu keçirdi

Futbol
Bu gün, 11:27

Zədələr Karyera Zirvələrini Geri Çəkməkdə

Digər
Bu gün, 11:26

Anna Yusubova: "Qələbə qaçışı"nda birinci olmaq, Bakı marafonundan daha çox xoş gəlir

Olimpiada
Bu gün, 10:54

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunları Afrika qitəsində ilk dəfə açıldı

Digər
Bu gün, 10:30

Azərbaycanlı Döyüşçülər UFC-də: Liderlik Dəyişir, Yeni Mövqe Mübarizəsi

Futbol
Bu gün, 10:30

Roma Qışda Portuqaliya Millili Futbolçusunu Transfer Etmək İstəyir

Futbol
Bu gün, 10:13

Avropa futbolunun günün ən vacib əyləc mərhələləri: Liverpul – Arsenal, Yuventus – Napoli

Futbol
Bu gün, 10:00

“Şamaxı” “Neftçi”yə qarşı qalib gəlmək üçün uzun müddətdir gözləyir

Cüdo
Bu gün, 09:58

Dakar-2026: Cüdoçumuz İbrahim Talıbov Yeniyetmələr Olimpiya Oyunlarında Mübarizəyə Başlayır

Digər
Bu gün, 09:40

Gürcüstanda keçiriləcək dünya MMA çempionatına Azərbaycan yeddi döyüşçüsü qatılacaq

Digər
Bu gün, 09:35

Bakıda Qələbə qaçışı keçiriləcək – topladığı vəsait YAŞAT fonduna verəcək

Oxşar xəbərlər