"Sumqayıt" baş məşqçisi Vadim Kuramşınla müqavilə müddətini uzadıb.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Gənclik şəhər" təmsilçisini yeni mövsümdə də təcrübəli basketbol mütəxəssisi çalışdıracaq.
Qeyd edək ki, Vadim Kuramşın "Sumqayıt" təsis edildiyi dövrdən komandada məşqçi kimi çalışır. O, ötən mövsümün gedişində baş məşqçi postuna gətirilib.
Kuramşının başçılığı altında "Sumqayıt" B qrupunu 4-cü sırada başa vurub. Pley-in seriyasında isə komda "Sərhədçi"yə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
İdman.biz