"Sumqayıt" "Sabah"ın sabiq basketbolçusu Fuad Niftəliyevi transfer edib.
Bu barədə İdman.Biz-ə klubun mətbuat xidmətindən bildirilib.
Təcrübəli oyun qurucusu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Fuad "Sabah"ın heyətində 2 dəfə Azərbaycan çempionu olub. O, mövsümün ilk iki oyununda "Naxçıvan" klubunun heyətində meydana çıxıb.