"Sumqayıt" daha bir basketbolçunun keçidini reallaşdırıb.
"Report" Sumqayıt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilə ilə "Sabah"a məxsus olan Hüseyn Qaflanovu icarəyə götürüb.
Qeyd edək ki, gənc basketbolçu karyerası ərzində "Real Madrid Academy", "Valencia Basket Academy", VKM, "Southern California Academy", "DME Wisconsin" kimi klublarda çıxış edib.