"Sumqayıt" klubu basketbolçusu Tayris Devislə yollarını ayırıb.
"Report" xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisi məlumat yayıb.
Oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Tayris Devis ötən ay "Sumqayıt"la müqavilə imzalamışdı.