"Sərhədçi" heyətinə daha bir əcnəbi basketbolçu qatıb.
Bu barədə "Report"a klubdan məlumat verilib.
Paytaxt təmsilçisi qanalı Maksvell Amoafo ilə anlaşıb. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, 201 sm boya malik Maksvell Amoafo son olaraq "Malta Athleta" klubunda çıxış edib.