Növbəti mövsümün hazırlıqlarını davam etdirən "Sərhədçi" heyətinə daha bir əcnəbi basketbolçu qatıb.
Bu barədə "Report"a paytaxt klubunun mətbuat xidmətindən bildirilib.
201 sm boya malik Mark Vance ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, ABŞ-dən olan basketbolçunun son iş yeri "UT Southern" klubu olub.
basketbol "Sərhədçi" basketbol klubu Azərbaycan Basketbol Liqası