top
Şəkinin hədəfi ən güclü 8 komanda arasında yer almaqdır - Baş məşqçi Report.az
04 sentyabr 2025, 15:09
- ↺ +

"Şəki"nin hədəfi ən güclü 8 komanda arasında yer almaqdır - Baş məşqçi

"Şəki" basketbol klubunun yeni mövsümdə hədəfi ən güclü 8 komanda arasında yer almaqdır.

Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Bedri Meriç bildirib.

İki gün öncə Şəki komandası ilə müqavilə müddətini uzadan türkiyəli mütəxəssis yer aldıqları A qrupunda çətin mövsüm keçirəcəklərini proqnozlaşdırıb:

"Şəki"də ikinci mövsümü keçirəcəm. Ötən il gözəl mövsüm keçirdik və çempionatı uğurla bitirdik. Amma yeni mövsümdə işimiz bir qədər çətin olacaq. Çünki A qrupunda çox ciddi komandalar var. Onlardan üçü avrokuboklarda çıxış edir. Bununla yanaşı, Gəncə klubu yaxşı heyətə malikdir. NTD ötən il Azərbaycan Kubokuna sahib çıxıb və çox dəyərli baş məşqçiləri var. Milliyə də rəhbərlik edir. Bir sözlə, A qrupunda bizi çətin oyunlar gözləyir. Dürüst olmaq lazımdırsa, qrupda elə də yüksək hədəflərimiz yoxdur. Ən azı pley-off mərhələsinə qədər irəliləmək və "Şəki"ni ən güclü 8 komanda arasına daşımaq niyyətindəyik. Hədəfimiz ötən mövsümə nisbətən kiçik görünə bilər. Amma reallığı nəzərə almaq lazımdır".

Baş məşqçi Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarına görə zalla bağlı çətinliklər yaşayacaqlarını da istisna etməyib:

"Oyunçu transferlərini bitirmişik. Yeni basketbolçuların komandaya qoşulmalarını gözləyirik. Bu həftə məşqlərə başlayırıq. Hazırlaşcağıq və əlimizdən gələni edəcəyik. III MDB Oyunlarına görə zalla bağlı çətinliklərimiz var. Bu səbəbdən məşqlərdə çətinliklər yaranacaq və ilk oyunları Bakıda keçirmək məcburiyyətində qalacağıq. Amma ötən mövsümdən çətinliklərə öyrəşmişik. "Şəki" üçün əlimizdən gələni əsirgəməyəcəyik".

Qeyd edək ki, ötən il də "Şəki"ni çalışdıran türkiyəli mütəxəssis iki gün öncə klubu ilə yeni müqavilə imzalayıb.

"Şəki" basketbol klubu Azərbaycan Basketbol Liqası basketbol türkiyəli mütəxəssis Müqavilə
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Dünən, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Futbol
Dünən, 21:39

Seneqal Millisinin Ex-Footballçusu Demba Ba Havr İdman Direktoru Vəzifəsindən Ayrıldı

Futbol
Dünən, 21:29

Fabio Kannavaro, Özbəkistan milli komandasının məşqçisi vəzifəsindən ayrılma ehtimalı

Futbol
Dünən, 21:24

FIFA prezidenti Xəsus de Migelin vəfatı münasibətilə başsağlığı bildirdi

Oxşar xəbərlər