top
Şəhriyar Əsgərov: Quba basketbolçularının fiziki hazırlığı qənaətbəxşdir Idman.biz
23 sentyabr 2025, 14:26
- ↺ +

Şəhriyar Əsgərov: "Quba" basketbolçularının fiziki hazırlığı qənaətbəxşdir

"Quba"nın basketbolçularının fiziki hazırlığı qənaətbəxşdir.

İdman.biz xəbər verir ki, bunu komandanın baş məşqçisi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Mütəxəssis yeni mövsümə hazırlıqla bağlı danışıb: "Sentyabrın 10-dan məşqlərə start vermişik. Komanda, demək olar ki, tam komplektləşib. Fiziki və taktiki planda işləyirik. Oktyabrın 2-də ABL-də artıq ilk görüşümüzü keçirəcəyik, rəqib "Sərhədçi"dir. Ona görə bəzi məsələləri tezləşdirmək lazımdır. Oyunçuların fiziki hazırlığı qənaətbəxşdir. Bu gün də yoxlama matçımız var. NTD ilə qarşılaşacağıq. Amma daha bir neçə yoxlama matçı nəzərdə tutulub. Taktiki hazırlıqlar da gedir. Vaxt azdır. Bu müddət ərzində bəzi məsələləri ümumiləşdirib, komandaya tətbiq etmək lazımdır. Pis komanda təsiri bağışlamırıq. Durum haqda nəsə demək tezdir. Sentyabrın sonlarına yaxın komandanın konturları müəyyən olunacaq".

O, Levan Qoqaladzenin komandada qalmasını məqsədəuyğun hesab edib: "Komandanın heyətini saxlayıb, bir neçə il ərzində oyunçular birlikdə oynatsaq, bu da daha məqsədəuyğun olardı. O zaman oyunçular bir-birini daha yaxşı tanıyardı. Oyun sisteminə də uyğunlaşardılar. Hər il yenidən nəsə tətbiq etmək məcburiyyətində qalmazdıq. Amma reallıq budur. Levan Qoqaladze bizə hər zaman kömək edib. Həm də, fiziki məşqlərdə məsləhətçi kimi onun xidmətindən istifadə edirik. Təcrübəli oyunçudur. Dördüncü mövsümdür ki, bizimlədir. Qoqaladzenin komandada qalması məqsədəuyğundur. Kaş ki, ötən mövsüm heyətdə olanlardan bir neçəsini də komandada saxlamaq imkanımız olardı. Məsələn, Davonte Kraven, Kameron Consu nəzərdə tuturam. Çox yaxşı oyunçular idi. Amma onların da öz planları var, məcbur edə bilməzdik. Hər halda, hazırkı heyətimiz də komplektləşib və bütün oyunçularıma, komandama inanıram".

Baş məşqçi cari mövsüm əsas məqsədlərinin ilk "8-lik"də yer almaq olduğunu vurğulayıb: "Qışda və ya ondan sonra müəyyən oyunçuları komandaya cəlb edə bilərik. Amma indi imkan daxilində heyəti formalaşdırmağı bacarmışıq. Əsas məqsədimiz ilk iki dövrəni uğurla başa vurub, B divizionunda yüksək yerlərə çıxmaqdır. Ondan sonra isə niyə də daha uğurlu nəticə üçün çıxış etməyək? Ümumilikdə əsas məqsədimiz ilk "8-lik"də qalmaq və yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Ötən il də pley-offun ilk oyununda çoxlarının bizə inanmamasına baxmayaraq, təsadüf nəticəsində uduzduq. İlk matçı "overtaym"da məğlub olduq. İkinci görüşdə isə mübahisəli qərarlar oldu, oyunun sonunda matçı əldən verdik. Hər halda, bizim də iddialarımız var. Çempionat ərzində hər şey görünəcək. Oyunçularımızın hazırlığının buna nə dərəcədə imkan verəcəyini zaman göstərəcək. Onlara inanıram".

O, ev oyunlarında yerli azarkeşlərdən dəstək gözlədiyini bildirib: "Qubada basketbolu inkişaf etdirmək istəyirik. Uşaq basketbolu ilə bağlı bir qədər həvəs olsa, müəyyən işlər görmək mümkündür. Hər halda, yaxşı komandamız var və inanırıq ki, dəstək də olacaq. Azarkeş də böyük dəstəkdir. Qubalı basketbol və idman həvəskarlarından, idman ictimaiyyətindən xahiş edirəm ki, bizi ən azı ev oyunlarımızda dəstəkləsinlər. Biz də Qubamızın adını yüksəklərə qaldıraq. Onların oyunlarda bizə dəstək olmasından çox şey asılıdır. Qubalı valideynlərdən də xahiş edirəm ki, uşaqlarını basketbol məşqlərinə yazdırsınlar, matçlara gətirsinlər. Gözəl Şimal rayonumuzun fiziki cəhətdən çox sağlam əhalisi var. Uşaqlar da basketbola maraq göstərirlər. Təbii ki, əksər uşaqların basketbolla məşğul olması da gözəl olardı. Ümid edirəm ki, qələbələrimizlə onları sevindirəcəyik. Ümidli və pozitivik. Yeni mövsümə ən yaxşı şəkildə hazırlaşırıq ki, Quba azarkeşlərini sevindirək".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Oxşar xəbərlər