top
Şəhriyar Əsgərov Naxçıvana məğlubiyyətdən sonra oyunçularına təşəkkür etdi Idman.biz
28 mart 2026, 17:52
- ↺ +

Şəhriyar Əsgərov "Naxçıvan"a məğlubiyyətdən sonra oyunçularına təşəkkür etdi

"Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının müntəzəm mövsümünün 20-ci turunda "Naxçıvan"a 96:103 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən mütəxəssis bunları deyib.

"Biz bilirdik ki, "Naxçıvan"a qarşı oyun çətin olacaq. Çünki onlar güclü komandadır. Balanslaşdırılmış heyətə malikdir. Onları təbrik edirəm. Pley-off mərhələsinə 2-ci pillədən qatılacaqlar. Yəqin ki, "səkkizliy"ə qalacaqlar. Bizim də məqsədimiz qalib gələrək, pley-off mərhələsində yenidən onlarla oynamaq idi. Amma bu oyunu basketbolçuların səhvi nəticəsində sonda uduzduq. Texniki səhvləri nəzərdə tuturam. Foul etməyə gecikdilər. Rəqibdə üç xallıq atış etdi. Biz də texniki foul zamanı lazım olan xalı ata bilmədik. Matç da overtayma getdi. Orada isə oyunçuları dəyişə bilmədik. Üç oyunçumuz 40 dəqiqə meydanda oldu. Bu da özü böyük faktordur. Kris Klark 5 foulla meydanı vaxtından əvvəl tərk etdi ki, bu da təsir etdi. Bütün bu məsələləri göz önünə gətirəndə, demək olar ki, bu gün bizim günümüz deyildi. Kris Kuns texniki fouldan sonra cərimə atışını dəqiq yerinə yetirsəydi, yəqin ki, oyunu udacaqdıq, oyun bu vəziyyətə gəlməyəcəkdi. Yorğunluq da öz sözünü dedi. Basketbolçularıma təşəkkür edirəm. Əllərindən gələni etdilər. Rəqibimiz güclü idi. Pley-in mərhələsində yolumuza davam edirik. Yəqin ki, rəqibimiz A qrupundan "Şəki" komandası olacaq. Onlara qarşı da bu cür mübarizə aparıb qalib gəlməyə çalışacağıq ki, "səkkizliy"ə qalaq. Basketbolçularıma təşəkkür edirəm və yolumuza davam edirik", - deyə o, bildirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:37

"Bayer" Bundesliqanın 9-cu turunda "Köln"ü səfərdə 2:1 hesabı ilə məğlub edərək 5-ci yeri tutub

Futbol
Bu gün, 20:32

Dambrauskas: 2:2 nəticə çətin, külək bəhanə deyil

Cüdo
Bu gün, 20:25

U-14 yeniyetmələr arasında Bakı şəhər cüdo birinciliyi yekunlaşdırıldı

Futbol
Bu gün, 20:23

Liqa 1: Lill Renn'i məğlub edərək cədvəldə ikinci yerə yüksəldi

Futbol
Bu gün, 20:03

Liverpool Premier Liqada Crystal Palace-ı məğlub edərək dördüncüyə yüksəldi

Futbol
Bu gün, 20:00

Azər Bağırov: Qış dönəmində bir oyunçuyla güclənməyə çalışacağıq

Futbol
Bu gün, 19:55

Dünyanın Ən Məşhur Futbolçuları və Onların Gözəl Sevgililəri

Futbol
Bu gün, 19:50

İmişli – Sumqayıt matçının video icmalı (0:0)

Digər
Bu gün, 19:33

Azərbaycan karateçiləri Batumidə 7 medal qazandı

Qarabağ FK
Bu gün, 19:10

“Qarabağ”ın 8 futbolçusu gənc milli komandalara cəlb olunub

Futbol
Bu gün, 18:59

La Liqa: "Betis" səfərdə "Elçe"ni 2:0 hesabı ilə məğlub edərək 4-cü yerə yüksəlib

Futbol
Bu gün, 18:57

Fənərxaçanın müdafiəçisi Mert Mürdür "Atalanta"ya keçid danışıqlarını aparır

Qarabağ FK
Bu gün, 18:50

Zəfər Günü münasibətilə xalqımızı təbrik edirik!

Qarabağ FK
Bu gün, 18:50

4 futbolçumuz Azərbaycanın U-20 millisinə çağırılıb

Basketbol
Bu gün, 18:48

"Naxçıvan" basketbol komandasının baş məşqçisi: "Bəzi mövqelərdə oyunçu çatışmazlığı yaşayırıq, heyəti tam formalaşdırmaq üçün zamana ehtiyac var"

Futbol
Bu gün, 18:29

İmişli məşqçisi 0:0 nəticəsindən məmnun, futbolçuların çıxışından razıyam

Futbol
Bu gün, 18:22

Ervins Perkons: 0-0 Oyun Həqiqi Ədalətli İştirak, Zədələnmələr Qüvvəni Azaldır

Digər
Bu gün, 18:08

Zəfər Günündə Xarıbülbül zirvəsinə dağ yürüşü təşkil edildi - FOTO

Futbol
Bu gün, 17:51

Futbol Ulduzlarının Lüks Evləri 35 Milyon Avrodan 72 Milyon Dollara

Qarabağ FK
Bu gün, 17:47

Filipe Kandido: “Ardıcıl heç‑heçələr və xal itkiləri məni narahat edir”

Tennis
Bu gün, 17:46

Yelena Rıbakina WTA Nəticə Turnirindən İmtina Etdi

Futbol
Bu gün, 17:29

A Seriyası: “Latsio” “Napoli” ilə oyunda xal itirmədi, liderliyini saxladı

Güləş
Bu gün, 17:02

Azərbaycan Güləşçiləri Yeniyetmələrin Olimpiya Oyunlarında Yarımfinala Yaxınlaşıblar

Digər
Bu gün, 16:59

“Qalatasaray” klubundan Azərbaycan Zəfər Günü təbriki

Oxşar xəbərlər