Azərbaycan Basketbol Liqasında bu gün II turun daha bir oyunu keçiriləcək.
"Report" xəbər verir ki, son çempion "Sabah" NTD ilə üz-üzə gələcək.
Milli Gimnastika Arenasındakı matç saat 19:00-da başlayacaq.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" "Şəki"yə (92:68), "Ordu" "Quba"ya (96:68), "Abşeron Lions" isə "Gəncə"yə (96:94) qalib gəlib. Tura oktyabrın 12-də yekun vurulacaq.