"Sabah" basketbol klubu növbəti mövsümə hazırlığını davam etdirir. Sport24.az xəbər verir ki, komanda 4 basketbolçu ilə yollarını ayırıb.
Trevon Duval, Kamron Blu, Mayk Holton və Aydın İbrahimovla yeni müqavilə imzalanmayıb.
Qeyd edək ki, "Sabah" son mövsümdə Azərbaycan çempionu titulunu qazanıb.