"Quba" basketbol klubu baş məşqçisi Şəhriyar Əsgərovla müqavilə müddətini yeniləyib. Sport24.az xəbər xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssis yeni mövsümündə də "Quba"nı çalışdıracaq. Şəhriyar Əsgərova komandanın kapitanı Zaur Paşayev kömək edəcək.