top
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə hazırlaşır Report.az
31 oktyabr 2025, 11:20
- ↺ +

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə hazırlaşır

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin oyunlarında yaxşı mübarizə aparmağa çalışacaq.

Bu barədə yığmanın baş məşqçisi Evren Alkaya "Report"a açıqlama verib.

Türkiyəli mütəxəssis artıq 20 gündən çoxdur ki, turnirə ciddi hazırlaşdıqlarını bildirib:

"Erika Karter və Aleksandra Mollenhauer hələ komandaya qoşulmayıblar. Onlar noyabrın 8-dən sonra heyətdə yer alacaqlar. Türkiyədən Şilan Akbingöl də gələcək. Çox gənc heyətimiz var. Onlar gələndən sonra vəziyyəti daha yaxşı görəcəyik. 16-18 yaşlı oyunçularla meydana çıxacağıq. Bizim üçün çətin olacaq. Rəqiblərimiz Bolqarıstan, Monteneqro və Ukraynadır".

E.Alkaya rəqiblər haqqında da danışıb:

"Monteneqro ötən il Avropa çempionatının seçmə mərhələsini keçə bilib. Bolqarıstan və Ukrayna isə öz qruplarında uğurlu çıxış etsələr də, müəyyən səbəblərdən buna nail ola bilmədilər. Məncə, onların gücü bir-birinə çox yaxındır. Bizdən həm təcrübə, həm də fiziki cəhətdən üstündürlər. Amma əlimizdən gələni edəcəyik. Mübarizə aparacağıq və ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. Uşaqlar ötən ildən bu vaxtadək bir qədər böyüyüblər. Ümid edirəm ki, keçən il B divizionunda qazandıqları təcrübəni bu dəfə göstərə biləcəklər".

Baş məşqçi Bolqarıstanın heyətində Haaliya Hillsman kimi güclü basketbolçunun olduğunu sözlərinə əlavə edib:

"İlk növbədə onu saxlamağa çalışacağıq. Çox güclü basketbolçudur. Bütün oyunları və rəqibləri fərdi şəkildə təhlil edirik. Bolqarlar yüksək səviyyədə basketbol oynayırlar. Uzun müddətdir birlikdə çıxış edən oyunçulara sahibdirlər. Baş məşqçiləri də illərdir eyni şəxsdir. Məncə, bu il daha yaxşı nəticə göstərəcəklər. Güc baxımından Monteneqrodan və Ukraynadan geri qalmırlar. Bizim isə onlara qarşı çox sərt müdafiə olunmağımız lazımdır".

Mütəxəssis Azərbaycan millisinin basketbolçularının rəqiblərindən 8-10 yaş kiçik olduqlarını xatırladıb:

"Bu da təcrübə fərqini artırır. Amma bu fərqi əzmlə aradan qaldırmağa çalışacağıq. Monteneqro çox yüksək templə oynayan kollektivdir. Onların da yaxşı basketbolçuları var və bizə problem yarada bilərlər. Son matçımızı isə Riqada Ukraynaya qarşı keçirəcəyik. Uzun səfər olacaq, amma orada da mübarizə aparacağıq. Ukrayna qrupun favoritlərindən biri olsa da, bəzi əsas oyunçuları artıq yaşlanıblar. Buna baxmayaraq, hələ də çox səviyyəli komandadırlar. Məncə, qrupdan çıxmaq baxımından ən güclülərdən biri sayılırlar. Ümumilikdə qrupumuz çox güclüdür. Bizim məqsədimiz isə bu turnirdə mümkün qədər yaxşı çıxış edib, növbəti Avropa çempionatına ən yaxşı şəkildə hazırlaşmaqdır. Azərbaycan Basketbol Federasiyasına bu imkanı yaratdığına görə minnətdarıq. Uşaqlar çətin prosesdən keçir, amma bu təcrübə onların peşəkar səviyyəyə uyğunlaşması üçün çox önəmlidir. Bu turnir bizim üçün asan olmayacaq. Lakin hər oyundan sonra daha yaxşı basketbol oynayacağımıza inanıram. Qızların da oğlanlar kimi təcrübəyə ehtiyacı var və bu turnir bu baxımdan onlar üçün böyük fürsətdir".

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 12-də və 15-də Bakıda müvafiq olaraq Bolqarıstan və Monteneqro ilə üz-üzə gələcək. Komanda noyabrın 18-də Riqada Ukrayna ilə qarşılaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Oxşar xəbərlər