NTD iki gənc basketbolçu ilə müqavilə imzalayıb.
Bu barədə "Report"a klubdan məlumat verilib.
Azərbaycanın U-20 millisinin üzvü Ramazan Qarayev və U-18-də çıxış edən Mübariz Mirzəyev növbəti mövsümdən paytaxt təmsilçisində çıxış edəcək.
Bundan əlavə, ötən mövsümdə komandanın uğurları üçün çalışan Hacısaməd Oğuzun sözləşməsinin müddəti uzadılıb.
basketbol NTD klubu Müqavilə gənc oyunçu