NTD iki gənc basketbolçu ilə heyətini gücləndirib.
İdman.biz xəbər verirki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycanın U-20 millisinin üzvü Ramazan Qarayev və U-18-də çıxış edən Mübariz Mirzəyev növbəti mövsümdən paytaxt təmsilçisində çıxış edəcəklər.
Bundan əlavə, ötən mövsüm komandanın uğurları üçün çalışan Hacısaməd Oğuzun müqavilə müddəti uzadılıb.
İdman.biz