top
Nmeso Nnebedum: Azərbaycan çempionatı çox rəqabətlidir, Bakını Çikaqoya bənzədirəm Idman.biz
21 oktyabr 2025, 16:52
- +

Nmeso Nnebedum: Azərbaycan çempionatı çox rəqabətlidir, Bakını Çikaqoya bənzədirəm

"Lənkəran"nın basketbolçusu Nmeso Nnebedum Azərbaycan çempionatının çox rəqabətli olduğunu düşünür.

İdman.Biz xəbər verir ki, amerikalı oyunçu bunu klubun mətbuat xidmətinə müsahibəsində deyib.

O, bütün rəqiblərin güclü olduğunu söyləyib: "Özümü mümkün qədər inkişaf etdirməyə, komandanın ən yaxşısı olmağa çalışıram. Gələcəyə çox uzaqdan baxmaq istəmirəm, amma istəyirəm ki, həm komanda olaraq, həm də fərdi şəkildə uğurlu mövsüm keçirək. Bu, mənə mümkün olan ən yüksək səviyyədə oynamağa və yaxşı basketbolçuya çevrilməyə kömək edəcək. Azərbaycan çempionatı çox rəqabətlidir. Həm yuxarı, həm də aşağı pillələrdə yer alan bütün komandalar güclüdür. Burda müxtəlif səviyyəli oyunçular çıxış edir və hamı rəqabətə hazırdır. Məqsədimiz qarşıdan gələn "Quba" ilə oyuna tam hazır çıxmaq, qalib gəlmək və potensialımızı göstərməkdir. Uğur qazanmaq üçün çətinliklərlə mübarizə aparmağı öyrənmək lazımdır, məncə, biz də hazırda bu mərhələdən keçirik".

Basketbolçu Lənkəran haqqında düşüncələrini də bölüşüb: "Komandaya qoşulmazdan əvvəl bir sıra araşdırmalar apardım. Öyrəndim ki, Lənkəran kənd tipli, tropik iqlimə malik bölgədir və meyvələri, həmçinin çayı ilə tanınır. Buranı bəyənirəm. Sakit yerdir, insanları isə çox mehribandır. Ən sevimli yerim şəhər mərkəzindəki ticarət mərkəzidir. Ən çox xoşladığım yemək isə toyuq kababıdır".

Amerikalı oyunçu Bakını da fərqləndirib:

"Bakı daha böyük şəhərdir. Oranı Çikaqo ilə müqayisə edərdim. Gecə-gündüz çoxlu hərəkət və tıxac olan bir yerdir. Lənkəran isə daha sakit, təbiəti və heyvanları ilə dolu bir bölgədir. Bakını Lənkərandan daha çox bəyənirəm. Amma bilirəm ki, Lənkəran istirahət üçün çox gözəl yerdir (gülür)".

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:35

AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr şöbəsinə yeni mətbuat katibi və digər əməkdaşlar təyin olundu

Futbol
Bu gün, 20:58

David Domgjoni-nun Kəpəzdəki debutu: Hər şey yaxşı alındı

Futbol
Bu gün, 12:55

“Kəpəz” komandası “Qəbələ” matçında pirotexnika istifadəsi üçün 5 000 manat cərimə aldı

Qarabağ FK
Bu gün, 10:50

"Neftçi" Premyer Liqanın ilk 5 oyununda 17 qol ilə XXI əsrin rekordunu qırdı

Futbol
Bu gün, 05:44

Premyer Liqa nəhəngləri Fulham‑un 19‑yaşlı ulduzu Coş King ilə maraqlanır

Gimnastika
Bu gün, 02:14

Mədinə Mustafayeva və Vladimir Dolmatov dünya gimnastika çempionatında gümüş medal qazandılar

Futbol
Bu gün, 00:36

"Traktor" Asiya Çempionlar Liqasının Elit mərhələsində 0:1 məğlubiyyətlə başladı

Basketbol
Dünən, 23:54

Erhan Toker: “Matçdan razı qaldıq, amma nəticədən narazıyıq”

Futbol
Dünən, 23:37

Zaur Haşımov: “Sabah”a 0:3 məğlubiyyətdə də layiqincə mübarizə apardıq

Futbol
Dünən, 23:06

Valdas Dambrauskas: Çempionlar Liqasından sonra komandamızın tam köklənməsi çətindir

Güləş
Dünən, 22:30

Optimist və ILCA4 siniflərində Yelkən İdmanı Açıq Azərbaycan Çempionatı sona çatdı

Futbol
Dünən, 22:05

Azərbaycan U19 qadın milli komandası Moldova ilə 2-2 bərabərlikdə nəticələndi

Güləş
Dünən, 21:38

Azərbaycan çimərlik güləşi millisi Dünya Seriyası finalına hazırlaşır

Basketbol
Dünən, 21:26

LANDAU Lions, Latviya çempionu VEF Rīga qarşısında məğlub oldu

Futbol
Dünən, 21:15

Barselona 2027-ci ildə Erling Haalandı komandaya cəlb etməyi planlaşdırır

Futbol
Dünən, 19:55

“Neftçi” klubunun Elvin Camalovla müqaviləsi qarşılıqlı razılıqla xitam verildi

Qarabağ FK
Dünən, 19:40

“Qarabağ”ın futbolçusu Marko Yankoviç Monteneqro millisinə dəvət alıb, Ermənistanla oyunlarda çıxış edəcək

Minifutbol
Dünən, 19:28

Araz‑Naxçıvanın Futzal Çempionlar Liqası matçları Polşanın Qlivitse şəhərindəki PreZero Arena’da keçiriləcək

Minifutbol
Dünən, 17:43

Araz‑Naxçıvan futzal klubu transfer siyasətini dəyişir

Qarabağ FK
Dünən, 17:19

“Qarabağ”ın sabiq futbolçusu Yassin Benzia “Turan Tovuz”a keçməyib

Futbol
Dünən, 16:28

“Neftçi” Emil Səfərovla “2+1” illik müqaviləni uzatdı - FOTO

Basketbol
Dünən, 14:31

“Sabah” basketbol klubu Avropa Kubokunun qalibi Tacuan Eyci-ni transfer etdi

Futbol
Dünən, 06:15

Barselona məşqçisi Hans‑Dieter Flick: “İkinci yarıda çətinliklərlə qarşılaşdıq”

Futbol
Dünən, 05:46

“Xetafe”nin müdafiəçisi Mohika Lamin Yamal ilə duellaları tərifləyir

Oxşar xəbərlər