"Lənkəran" basketbol klubu heyətini amerikalı oyunçu ilə gücləndirib.
Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.
24 yaşlı Teron Montqomery mövsümün sonuna kimi komandamızın bölgə təmsilçisinin formasını geyinəcək. Hücumçu 203 sm boya malikdir. Teronun sonuncu klubu Kosta Rika təmsilçisi "ARBA Koyotes" olub.
Qeyd edək ki, "Lənkəran" daha əvvəl amerikalı Raşed Dyson və Aydın ibrahimovu da heyətinə cəlb edib.
"Lənkəran" klubu basketbol Azərbaycan Basketbol Liqası