top
Jan-Mark Pansa: Sabahın FIBA Çempionlar Liqasında uğurlu çıxışına inanıram və Bakıdan xoş təəssüratlarım var Report.az
07 avqust 2025, 17:06
- ↺ +

Jan-Mark Pansa: "Sabah"ın FIBA Çempionlar Liqasında uğurlu çıxışına inanıram və Bakıdan xoş təəssüratlarım var

Fransa millisinin üzvü, "Sabah" basketbol klubunun yeni transferi Jan-Mark Pansa "Report"a müsahibə verib. 27 yaşlı oyunçu Azərbaycan təmsilçisinə keçidindən, "Sabah"ın FIBA Çempionlar Liqasındakı şanslarından və Bakı haqqında təəssuratlarından danışıb.

- "Sabah" klubuna keçidiniz necə baş tutdu?

- Klubun skautları məni ötən mövsümdən izləyirdilər. Daha sonra agentimlə əlaqə saxladılar. Bir müddət danışıqlar getdi və "Sabah"ın gələcəklə bağlı planları məni cəlb etdi, keçidə razılıq verdim. Düşünürəm ki, bu komanda ilə uğur qazanmaq olar.

- Azərbaycan basketbolu barədə məlumatınız var idi?

- Doğrusunu söyləmək lazımdırsa, Azərbaycan basketbolu ilə bağlı geniş məlumatım yox idi. Ancaq "Sabah" mənə təklif göndərəndə, artıq araşdırmalara başlamışdım. Qərar verməmişdən öncə çoxlu məlumat topladım və ölkənizə gəldim.

- "Sabah" tarixində ilk dəfə FIBA Çempionlar Liqasında çıxış edəcək. Komandanın yeni üzvü olaraq nəyə ümid edirsiniz?

- Sevindirici haldır ki, "Sabah" bu mövsüm mötəbər yarışda debütünü gerçəkləşdirəcək. Klubun ilki gerçəkləşdirəcəyi dövrdə mənim də heyətdə yer almağım çox xoş oldu. Rəqiblərə gəlincə, bu barədə çox söz deyə bilməyəcəyəm. Lakin illər əvəl "Nimburk"a qarşı matçda çıxış etmişəm. İnanıram ki, komandamızın FIBA Çempionlar Liqasında çıxışı uğurlu alınacaq.

- Azərbaycanda necə qarşılandınız?

- Həqiqətən Bakıda çox xoş qarşılandım. Mənə olan diqqətə yaxşı mənada təəccübləndim. Hava limanından şəhərə gedərkən xoş mənzərələrlə rastlaşdım. Bakı olduqca böyük və gözəldir.

- Buna qədər Azərbaycanda çıxış edən basketbolçulardan tandığınız kimsə var idi?

- Komandanın yeni transferi David Nikolslanı tanıyıram. Daha əvvəl ona qarşı oynamışam.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
Bu gün, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
Dünən, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
Dünən, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
Dünən, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
Dünən, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
Dünən, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
Dünən, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
Dünən, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
Dünən, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
Dünən, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
Dünən, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
Dünən, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
Dünən, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
Dünən, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
Dünən, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
Dünən, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Dünən, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
Dünən, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
10 oktyabr 2026, 23:48

Yeton Bekiri: “Qəbələyə şikayət və ya ağlamağa gəlməmişəm, yalnız işləmək üçün buradayam”

Futbol
10 oktyabr 2026, 23:40

Flick erkən qolun “Barselona”nın 3:0 qələbəsindəki əhəmiyyətini vurğuladı

Futbol
10 oktyabr 2026, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
10 oktyabr 2026, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Basketbol
10 oktyabr 2026, 22:24

“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların böyük rolunu vurğuladı

Oxşar xəbərlər