"Gəncə" klubu heyətinə ABŞ-dən olan daha bir basketbolçu qatıb.
Bu barədə bölgə təmsilçisindən İdman.biz-ə məlumat verilib.
Belə ki, Kori Rivs "sarı-göylər"in formasını geyinəcək.
Qeyd edək ki, 27 yaşlı oyunçu son olaraq Albaniyanın "Beselidja" komandasında çıxış edib.