top
Fərrux Mahmudov: Azərbaycan qadın 3x3 basketbol yığmasının Dünya Seriyası və Avropa Kubokundakı uğurları Report.az
14 iyul 2025, 13:48
- ↺ +

Fərrux Mahmudov: Azərbaycan qadın 3x3 basketbol yığmasının Dünya Seriyası və Avropa Kubokundakı uğurları

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Dünya Seriyasının Buxarest mərhələsində əla performans göstərib.

Bunu "Report"a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının icraçı vitse-prezidenti Fərrux Mahmudov deyib.

O, nəticəni möhtəşəm adlandırıb.

"İlk öncə qeyd edim ki, millimiz Buxarest mərhələsinə təsnifat qrupundan başladı. Bu raundu lider tamamlayaraq əsas qrup mərhələsinə vəsiqəni təmin etdik. Bir sözlə, qızlar final oyunu daxil bütün oyunlarında əla performans göstərərək, rəqiblərinin hər birinə qalib gəlməyi bacardı. Ardıcıl 7 ardıcıl doğrudan da möhtəşəm nəticədir. Buxarest mərhələsindəki çempionluğu yüksək qiymətləndirirəm. Çünki bu mərhələdə zəif kollektiv yox idi. Qızların növbəti yarışlarda da uğurlu nəticələr qazanacağından əminəm. Təbii ki, əsas hədəf sentyabrda baş tutacaq Avropa Kubokunda uğurlu nəticə əldə etməkdir".

Qurum rəsmisi komandanın Avropa Kubokuna da ciddi hazırlaşacağını vurğulayıb:

"Millinin əsas hədəfi sentyabrın 5-7-də Danimarkanın paytaxtı Kopenhagendə baş tutacaq Avropa Kubokunda Azərbaycanı layiqincə təmsil etməkdir. Buxarest mərhələsi hazırlıq prosesinin bir hissəsi idi. Qızlar hazırlıq prosesinin növbəti hissəsini Serbiyada davam etdirəcəklər. Daha sonra isə iyulun 26-27-də Qadın Seriyasının Sumqayıt mərhələsi start götürəcək və millimiz doğma azarkeşlər önündə yarışı qalib kimi tamamlamağa çalışacaq. Düşünürəm ki, intensiv məşqlər və oyunlar sayəsində Avropa Kubokunda uğurlu nəticə əldə edə bilərik".

Qeyd edək ki, Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Dünya Seriyasının Buxarest mərhələsini çempion kimi başa vurub. Komanda yarımfinalda Çin yığmasını (21:17), finalda isə ABŞ-nin "Sietl" klubunu (21:18) məğlub edib.

Qurum rəsmisi Avropa çempionatında mübarizə aparmış U-16 (oğlanlar) və U-18 (qızlar) yığmalarının nəticələrinə də münasibət bildirib:

"U-16 oğlan millimiz 5-ci pilləni tutdu. Yeni nəsil basketbolçular arasında həqiqətən də uyğunlaşma prosesi çox önəmlidir. Millinin heyətində potensial vəd edən basketbolçular var. Komanda yenidir və bu yarış basketbolçular üçün böyük təcrübə oldu. Oğlanlardan fərqli olaraq, U-18 qız millimizin üzvləri uzun zamandır bir yerdə oynayırlar. Onlar arasında uyğunlaşma mükəmməldir. Qızlar ilk dəfə iştirak etdikləri Avropa çempionatının B divizionunda tarixi uğura imza atdılar. Çempionatı ən güclü 12 komanda arasında tamamlamaq bizim üçün böyük uğurdur. Bu, klassik basketbolda Azərbaycan qadın basketbolu adına tarixi bir zəfərdir. Ümid edirəm ki, qarşıdakı yarışlarda həm oğlan, həm də qız basketbolçular uğurlu nəticələr qazanacaqlar və bu uğurların davamını əsas millilərdə də davam etdirəcəklər".

Qeyd edək ki, Avropa çempionatında mübarizə aparan U-16 (oğlanlar) 5-ci pillə ilə kifayətlənib. Qızlardan ibarət U-18 yığması isə ilk dəfə qatıldığı yarışın B divizionunda 12-ci olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Bu gün, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Bu gün, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Bu gün, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Bu gün, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Bu gün, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Bu gün, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Bu gün, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Bu gün, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Oxşar xəbərlər