top
Elxan Əliyev: Azərbaycan basketbol millisi Şimali Makedoniya ilə oyunda dəhşətli vəziyyətdə idi Idman.biz
28 noyabr 2025, 18:02
- +

Elxan Əliyev: Azərbaycan basketbol millisi Şimali Makedoniya ilə oyunda dəhşətli vəziyyətdə idi

Kişilərdən ibarət Azərbaycan basketbol millisi Avropa Çempionatı-2027-nin seçmə mərhələsində Şimali Makedoniya ilə keçirilən ilk oyunda acınacaqlı durumda idi.

Bu fikirləri İdman.Biz-ə açıqlama verən Azərbaycan milli komandasının sabiq baş məşqçisi, təcrübəli mütəxəssis Elxan Əliyev deyib.

O, Skopyedə Tair Baxşıyevin komandasının 49:87 hesablı ağır məğlubiyyətini şərh edib.

"Oyunu ilk dəqiqədən sonadək izlədim və açığı, Azərbaycan millisinin beynəlxalq səviyyədə bu qədər zəif görünəcəyini gözləmirdim. Komanda həm taktiki, həm də fiziki baxımdan dəhşət vəziyyətdə idi. Azərbaycan millisində çıxış etmək bir şərəfdir və basketbolçular sonadək vuruşmalı idilər. Lakin bizim uşaqlardan belə bir mübarizə görmədik", - deyə E. Əliyev bildirib.

Onun sözlərinə görə, ağır məğlubiyyətin səbəblərindən biri komandamızın üzvü Kamran Məmmədovun zəif oyun nümayiş etdirməsi olub.

"O, hər şeyi korladı, amma nə səbəbdənsə meydanda düz 35 dəqiqə qaldı. Nə özü oynadı, nə də başqalarına imkan verdi. Məgər bu, texniki zonadan görünmürdü? Sxem dəyişilməli, başqa basketbolçu oynadılmalı idi. Kamran bütün oyunu pozdu. Hesab edirəm ki, o, səviyyə baxımından Fuad Niftəliyev və ya Zaur Paşayev kimi əvvəlki liderlərimizdən geri qalır", - deyə mütəxəssis qeyd edib.

Mütəxəssis həmçinin zədədən tam sağalmayan Ender Poladxanlının milliyə çağırılmasına da təəccübləndiyini deyib.

"Adam zədə səbəbindən çempionatda bircə oyun belə keçirməyib. Bu halda onu komandaya necə dəvət etmək olardı? Azərbaycanda daha aqressiv və emosional oyunla milliyə kömək edə biləcək basketbolçular var. Amma nədənsə Skopyedəki oyunda onlar yox idi.

Dünən bütün oyunçularımız sanki sahilə atılmış balıq kimi halsız idilər. Ehtiyat oyunçular skamyasında isə basketbolçudan çox məşqçi var idi. Bu komanda heç bir halda adətən rəqibindən asılı olmayaraq döyüşə çıxan Azərbaycan millisinə bənzəmirdi", - deyə o vurğulayıb.

Kadr problemlərinə əlavə olaraq, Əliyev komandanın taktiki hazırlığında da ciddi çatışmazlıqlar olduğunu qeyd edib.

"Basketbolçularımız rəqib müdafiəçisi olmadan bircə dəfə belə atış edə bilmədi. Yəni bizdə səbatsız müdafiəni yarıb sərbəst atış imkanı yaradan düzgün taktiki kombinasiyalar yox idi. Şimali Makedoniyanı Balkanların ən güclü komandası hesab etmək olmaz, onlarla tam fərqli oynamaq olardı", -E. Əliyev deyib.

O həmçinin ehtimal edir ki, milli komanda üzvlərinin Skopyedəki oyuna hazırlıq üçün vaxtı olmayıb.

"Mən Azərbaycan millisinin Avropa Çempionatı-2027-nin seçmə mərhələsinə hazırlaşdığı barədə heç bir məlumat görmədim. Elə bil, sadəcə hava limanında toplaşıb Skopyeyə oynamağa gediblər. Təəssüf ki, komanda belə çıxış etdi, baxmayaraq ki, boy göstəricilərinə görə pis komanda deyil. Sadəcə, komandada oyunun məsuliyyətini üzərinə götürə biləcək lider yox idi", - deyə o əlavə edib.

Avropa Çempionatı-2027-nin seçmə mərhələsində milli komanda növbəti oyununu bazar günü Bakıda Lüksemburq yığmasına qarşı keçirəcək.

Mustafa Daşdəmirov

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:38

Neftçinin Dinamo ilə oyunundan sonra legionerinin fikirləri

Şahmat
Bu gün, 11:30

Shamakhi Open 2026 şahmat festivalı başa çatıb

Futbol
Bu gün, 10:53

Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia ABŞ-da saxlanıb

Futbol
Bu gün, 10:40

Valentin Barko Çelsiyə transfer olunub

Futbol
Bu gün, 10:37

Mark Kukurelya DÇ-2026-nın finalında İspaniyanın ritualını yerinə yetirib

Futbol
Bu gün, 10:37

Avropa Liqası: “Qarabağ”, “Benfika” və “Beşiktaş”ın mübarizəsi

Futbol
Bu gün, 10:08

Robert Levandovski MLS-də debüt etdi

Futbol
Bu gün, 09:54

Zirə Futbol Komandası Estoniyada Payde İlə Qarşılaşacaq

Qarabağ FK
Bu gün, 09:24

Qarabağ” „CSKA Sofia” ilə Avropa Liqasında oyun keçirəcək

Futbol
Bu gün, 09:09

Zirənin Estoniyaya qarşı çətin səfər oyunu

Futbol
Bu gün, 08:40

Rodrinin transfer qiyməti açıqlanıb

Futbol
Bu gün, 08:20

Mançester Siti Xusanov və Doku ilə müqaviləsini uzadır

Futbol
Bu gün, 08:12

Rodrinin “Real”a keçidi ilə bağlı danışıqların təfərrüatları açıqlanıb

Futbol
Bu gün, 08:00

Serxio Buskets "Barselona"nın ikinci komandasında məşqçi ola bilər

Futbol
Bu gün, 07:18

Vulverhempton hücumçusu transfer oluna bilmədiyinə görə meydanda etiraz edib

Futbol
Bu gün, 06:13

FİFA DÇ-2026-da heç bir danışılmış oyun aşkar edilməyib

Futbol
Bu gün, 05:16

İraola Makallisterin “Liverpul”dan gedəcəyi barədə danışdı

Futbol
Bu gün, 04:11

Mbappe Oliseni “Real”a qoşulmağa razı salıb

Futbol
Bu gün, 03:14

Liverpul Pedru Netunu transfer etməyə maraq göstərir

Futbol
Bu gün, 02:05

Napoli Alleqrinin rəhbərliyi altında debüt matçında Arezzoya uduzub

Futbol
Bu gün, 01:45

Vilyam Saliba onurğa zədəsi ilə mübarizə aparmağa davam edir

Futbol
Bu gün, 01:26

Konfrans Liqasında “Başakşehir” və “Neftçi”nin rəqibləri müəyyənləşib

Futbol
Bu gün, 01:06

FİFA DÇ-2026-nın simvolik komandası açıqlanıb

Futbol
Bu gün, 00:47

“Liverpul”un gələcək sahibləri Vinisius və Oliseni transfer etməyə hazırdılar

Oxşar xəbərlər