top
Bedri Meriç Şəki-Gəncə oyununda yaşananlardan narazıdır Idman.biz
29 mart 2026, 18:51
- ↺ +

Bedri Meriç "Şəki"-"Gəncə" oyununda yaşananlardan narazıdır

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turunda öz meydanında "Gəncə"yə məğlub olan (73:84) "Şəki" komandasının baş məşqçisi Bedri Meriç oyunla bağlı fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis həm komandasının çıxışını dəyərləndirib, həm də matç zamanı yaşanan insidentlərə toxunub.

İdman.Biz xəbər verir ki, Bedri Meriç rəqibi təbrik etsə də, meydandakı bəzi məqamlardan narazılığını gizlətməyib.

"Rəqibimizi təbrik edirik və onlara pley-offda uğurlar diləyirik. Heyət problemimizə rəğmən oyunçularımın göstərdiyi mübarizədən xoşbəxtəm. Matçın böyük hissəsində oyunda qaldılar, hətta qalib də gələ bilərdik. Ribaundlar istisna olmaqla, komandamın bugünkü çıxışından razıyam", - deyə baş məşqçi söyləyib.

Baş məşqçi üçüncü periodun bitməsinə üç dəqiqə 43 saniyə qalmış yaşanan hadisələrə xüsusi diqqət çəkib:

"Bu gün matçda nəzərdə tutulmayan hadisələr yaşandı. Bunlar əvvəlcə bizdən asılı olmadan baş verdi. Lakin ev sahibi olmağımıza və vəziyyəti nəzarətə götürməyə

çalışmağımıza baxmayaraq, feyr-pleyə sığmayan hərəkətlərlə qarşılaşdıq. Əgər meydanda belə şeylər edirsinizsə, qarşılığına da hazır olmalısınız. Biz buna reaksiya

verdik. Çox böyük məsələ deyil, belə hallar olur. Hətta bu gərginlik pley-in öncəsi sərt mübarizə baxımından bizə yaxşı təsir etdi".

Mövsümün həlledici mərhələsinə kökləndiklərini bildirən Meriç qələbəyə inandığını vurğulayıb:

"Tam motivasiya ilə pley-in matçımızı gözləyirik. Rəqibimizə qarşı əvvəldən hazırlaşmışıq. İndi sadəcə meydanda gücümüzü göstərmək zamanıdır. Oyunçularıma tam güvənirəm".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:37

"Bayer" Bundesliqanın 9-cu turunda "Köln"ü səfərdə 2:1 hesabı ilə məğlub edərək 5-ci yeri tutub

Futbol
Bu gün, 20:32

Dambrauskas: 2:2 nəticə çətin, külək bəhanə deyil

Cüdo
Bu gün, 20:25

U-14 yeniyetmələr arasında Bakı şəhər cüdo birinciliyi yekunlaşdırıldı

Futbol
Bu gün, 20:23

Liqa 1: Lill Renn'i məğlub edərək cədvəldə ikinci yerə yüksəldi

Futbol
Bu gün, 20:03

Liverpool Premier Liqada Crystal Palace-ı məğlub edərək dördüncüyə yüksəldi

Futbol
Bu gün, 20:00

Azər Bağırov: Qış dönəmində bir oyunçuyla güclənməyə çalışacağıq

Futbol
Bu gün, 19:55

Dünyanın Ən Məşhur Futbolçuları və Onların Gözəl Sevgililəri

Futbol
Bu gün, 19:50

İmişli – Sumqayıt matçının video icmalı (0:0)

Digər
Bu gün, 19:33

Azərbaycan karateçiləri Batumidə 7 medal qazandı

Qarabağ FK
Bu gün, 19:10

“Qarabağ”ın 8 futbolçusu gənc milli komandalara cəlb olunub

Futbol
Bu gün, 18:59

La Liqa: "Betis" səfərdə "Elçe"ni 2:0 hesabı ilə məğlub edərək 4-cü yerə yüksəlib

Futbol
Bu gün, 18:57

Fənərxaçanın müdafiəçisi Mert Mürdür "Atalanta"ya keçid danışıqlarını aparır

Qarabağ FK
Bu gün, 18:50

Zəfər Günü münasibətilə xalqımızı təbrik edirik!

Qarabağ FK
Bu gün, 18:50

4 futbolçumuz Azərbaycanın U-20 millisinə çağırılıb

Basketbol
Bu gün, 18:48

"Naxçıvan" basketbol komandasının baş məşqçisi: "Bəzi mövqelərdə oyunçu çatışmazlığı yaşayırıq, heyəti tam formalaşdırmaq üçün zamana ehtiyac var"

Futbol
Bu gün, 18:29

İmişli məşqçisi 0:0 nəticəsindən məmnun, futbolçuların çıxışından razıyam

Futbol
Bu gün, 18:22

Ervins Perkons: 0-0 Oyun Həqiqi Ədalətli İştirak, Zədələnmələr Qüvvəni Azaldır

Digər
Bu gün, 18:08

Zəfər Günündə Xarıbülbül zirvəsinə dağ yürüşü təşkil edildi - FOTO

Futbol
Bu gün, 17:51

Futbol Ulduzlarının Lüks Evləri 35 Milyon Avrodan 72 Milyon Dollara

Qarabağ FK
Bu gün, 17:47

Filipe Kandido: “Ardıcıl heç‑heçələr və xal itkiləri məni narahat edir”

Tennis
Bu gün, 17:46

Yelena Rıbakina WTA Nəticə Turnirindən İmtina Etdi

Futbol
Bu gün, 17:29

A Seriyası: “Latsio” “Napoli” ilə oyunda xal itirmədi, liderliyini saxladı

Güləş
Bu gün, 17:02

Azərbaycan Güləşçiləri Yeniyetmələrin Olimpiya Oyunlarında Yarımfinala Yaxınlaşıblar

Digər
Bu gün, 16:59

“Qalatasaray” klubundan Azərbaycan Zəfər Günü təbriki

Oxşar xəbərlər