top
Bedri Meriç: Şəki ev oyunlarında məğlub olmaq çətindir Report.az
26 oktyabr 2025, 17:10
- +

Bedri Meriç: Şəki ev oyunlarında məğlub olmaq çətindir

"Şəki" basketbol klubu evdə keçirdiyi matçlarda asanlıqla məğlub olmur.

"Report" xəbər verir ki, bunu baş məşqçi Bedri Meriç bölgə təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis Azərbaycan Basketbol Liqasının IV turunda qarşılaşdıqları NTD ilə matç haqqında fikirlərini bölüşüb:

"Əvvəla qələbəyə görə komandamı təbrik edirəm. Bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür bildirirəm. Ötən mövsümdən bir vərdişimiz var. Şəkidə asanlıqla məğlub olmuruq. Bu mövsüm də A qrupu komandaları üçün Şəki çətin səfər olacaq. Burada öz oyunumuzu göstərə bilirik. Hücumdakı çıxışdan razıyam, ancaq müdafiədən yox. Bu gün həm Ərcan Donat, həm də Rəşid Abbasov texniki faulla uzaqlaşdırıldı. Bu problemi həll etməyimiz lazımdır. Onlara bizim meydanda ehtiyacımız var. Erkən faul aldıqlarından meydanda onların xidmətindən yararlana bilmirik. 2 yerli oyunçumuzun bu problemlə üzləşməsi hesabın böyük olmasının qarşısını aldı. Uzun oyunçu problemi yaşayırıq".

Baş məşqçi oğlu ilə ilk dəfə rəqib qismində qarşılaşdıqlarını söyləyib:

"NTD də 4 əcnəbi ilə oynamasına baxmayaraq, yaxşı çıxış etdi. Mənim üçün də özəl matç oldu. Oğlum Dərin Bərközlə ilk dəfə rəqib qismində qarşılaşdıq. Bu, çox gözəl hiss idi. Dərinə karyerasında uğurlar arzulayıram. Ümid edirəm ki, Azərbaycan basketbolu üçün xeyri dəyəcək".

Qeyd edək ki, Şəki Olimpiya İdman Kompleksində baş tutan A qrupu matçı "Şəki"nin 88:81 hesablı qələbəsi ilə başa çatıb.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:44

"Rapid" "Santa Kolomaya" qalib gəlib

Qarabağ FK
Bu gün, 23:33

Elvin Cəfərquliyevin əsas heyətdə yeri hələ də müəyyən deyil

Futbol
Bu gün, 23:17

Makkabi Şerifə qarşı inamlı qələbə qazandı

Futbol
Bu gün, 23:00

Elliot Anderson „Mançester Siti“yə keçib

Futbol
Bu gün, 22:46

Mahir Emreli Polşada ilk qoluna imza atdı

Qarabağ FK
Bu gün, 22:39

Qurban Qurbanov “CSKA Sofia” ilə oyun haqqında danışdı

Qarabağ FK
Bu gün, 22:25

Hristo Yanev: “Qarabağ”la bərabərlik yaxşı nəticədir”

Futbol
Bu gün, 22:10

Frenki de Yonqun dizində zədə

Futbol
Bu gün, 21:50

Zirə Konfrans Liqasında ilk qarşılaşmasına çıxacaq

Futbol
Bu gün, 21:20

Luka Modriç “Milan”la müqaviləsini uzatdı

Minifutbol
Bu gün, 20:57

Azərbaycan İdman Akademiyasının futzal komandası Avropa Universitet Oyunlarının yarımfinalına yüksəlib

Futbol
Bu gün, 20:27

Barselona Adeyemi ilə müqavilə imzaladı

Qarabağ FK
Bu gün, 20:00

Qarabağ Bolqarıstan təmsilçisi ilə oyunu başladı

Basketbol
Bu gün, 19:47

Keçmiş NBA oyunçusu Tay Louson araq oğurladığına görə həbs olunub

Futbol
Bu gün, 19:32

Qvardiola ilə danışıqlar uğursuzluğa uğraya bilər

Formula 1
Bu gün, 19:01

Aston Martin Yenidən Mübarizəyə Qayıtmaq İstəyir

Basketbol
Bu gün, 18:46

Real Madrid Fənərbağça çempionu ilə müqavilə imzaladı

Futbol
Bu gün, 18:29

Nyukasl „Monako“nın futbolçusu ilə müqavilə bağlayıb

Futbol
Bu gün, 18:16

Andrey Arşavin: Lamin Yamal heç vaxt Messi səviyyəsinə çata bilməyəcək

Futbol
Bu gün, 18:05

Liverpul PSJ-nin ulduzu Barkola ilə maraqlanır

Futbol
Bu gün, 18:00

Azərbaycan Premyer Liqası və Kuboku 2026/27 mövsümü təqvimi

Futbol
Bu gün, 18:00

Azərbaycan Premyer Liqası və Kubok yarışlarının mövsüm təqvimi

Futbol
Bu gün, 18:00

Peşəkar Futbol Liqası 2026/27 Mövsümünün Təqvimini Açıqladı

Güləş
Bu gün, 17:45

U-15 qızlardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı üçün heyəti açıqlanıb

Oxşar xəbərlər