top
Barselona və Real FIBA Çempionlar Liqasına keçərsə, Azərbaycan klubu ilə qarşılaşa bilər Idman.biz
31 oktyabr 2025, 17:45
- ↺ +

"Barselona" və "Real" FIBA Çempionlar Liqasına keçərsə, Azərbaycan klubu ilə qarşılaşa bilər

İspaniyanın "Real"(Madrid) və "Barselona" basketbol klubları Avroliqadan ayrılaraq FIBA Çempionlar Liqasına qoşulmaq imkanını ciddi şəkildə nəzərdən keçirirlər. Həmin turnirdə hazırda "Səbail", gələcəkdə isə Azərbaycan Basketbol Liqasının növbəti qalibi çıxış edəcək.

Bu barədə İdman.Biz Gazzetta.gr nəşrinə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, hər iki klub "NBA Europe" layihəsi işə düşənədək müvəqqəti olaraq FIBA Çempionlar Liqasına keçə bilər. "Barselona" və "Real" bu layihə ilə fəal təmasdadırlar. Belə ki, hər iki kluba təminatlı müqavilələr və maliyyə bonusları təklif olunur.

Eyni zamanda Avroliqa səhmdarları klublardan ilin sonunadək yeni onillik müqavilənin imzalanması barədə qərar vermələrini tələb edirlər. Bu müqavilə 2026-cı ilin iyununda müəyyən edilmiş ilkin müddəti əvəz edəcək.

Qeyd olunur ki, "Real" və "Barselona" son zamanlar Avroliqa Şurasının iclaslarında müşahidəçi mövqeyi tuturlar. FIBA isə bu keçidə müsbət yanaşır, çünki bu klubların iştirakı turnirin nüfuzunu və kommersiya baxımından cəlbediciliyini artıracaq.

Əgər İspaniya nəhəngləri FIBA Çempionlar Liqasına keçərlərsə, artıq 2026/2027 mövsümündən etibarən Azərbaycan klubunun potensial rəqibinə çevrilə bilərlər. Bu da o deməkdir ki, gələcəkdə Bakıda "Barselona" və ya "Real" ilə oyunlar keçirilə bilər.

Bundan əvvəl bildirilmişdi ki, NBA 2027/2028 mövsümündə Avropa layihəsini işə salmağı nəzərdən keçirir. Lakin layihənin dəqiq başlanma tarixi hələ müəyyən olunmayıb. Buna görə də, FIBA Çempionlar Liqasına keçid İspaniya klubları üçün "NBA Europe" layihəsində potensial iştirakdan əvvəl müvəqqəti mərhələ ola bilər.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Oxşar xəbərlər