top
Azərbaycan Basketbol Liqası 2025/26 mövsümünün başlama tarixi və reqlamenti açıqlandı Sport24.az
01 sentyabr 2025, 17:20
- +

Azərbaycan Basketbol Liqası 2025/26 mövsümünün başlama tarixi və reqlamenti açıqlandı

Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26-cı illər mövsümünün start günü bəlli olub. Sport24.az xəbər verir ki, çempionat sentyabrın 28-də başlayacaq.

 

Reqlamentə əsasən, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçiriləcək. Ötən mövsümdə göstərdikləri yekun nəticələrə əsasən, klubların mübarizə aparacaqları qruplar aşağıdakı kimidir:

 

A qrupu: "Sabah", "Neftçi", "Şəki", "Abşeron Lions", NTD, "Gəncə"
B qrupu: "Naxçıvan", "Ordu", "Sərhədçi", "Sumqayıt", "Quba", "Lənkəran"

 

Müntəzəm çempionatın A qrupunun oyunlarında meydanda 4 əcnəbi və mütləq şəkildə 1 yerli basketbolçunun iştirak etməsi əsas şərt olacaq. B qrupunun oyunlarında isə 15-ci tur daxil olmaqla 3 əcnəbi və 2 yerli basketbolçu, 16-cı turdan etibarən 4 əcnəbi və 1 yerli basketbolçunun parketdə olması mütləqdir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

 

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının (ABL) çempionu olacaq.

 

Qeyd edək ki, çempionatın yekun nəticələrinə əsasən, mövsümü sıralamada ilk "8-lik"də tamamlayacaq klublar növbəti mövsümdən 1-ci liqada (ABL), 9-12-ci yerləri tutacaq komandalar ölkə basketbolunda ilk dəfə olaraq təşkil olunacaq 2-ci liqada (ABL 2) mübarizə aparacaqlar.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:19

Cavid Hüseynov: „İmişli“ ilə yoxlama oyunu haqqında danışdı

Cüdo
Bu gün, 22:03

Avropa Cüdo Ümidləri Turnirinin püşkatma mərasimi keçirilib

Minifutbol
Bu gün, 21:56

"Araz-Naxçıvan" - "İmişli" matçında hesabi 2:2 olub

Futbol
Bu gün, 21:32

Şahdağ Qusarə Kamerunlu Yarımmüdafiəçini Transfer Edib

Futbol
Bu gün, 21:26

Luis de la Fuente: İnsanların xoşbəxtliyi bizim üçün ən yaxşı mükafatdır

Futbol
Bu gün, 21:03

“Mançester Siti” Rodriyə əvəzedici axtarır

Futbol
Bu gün, 20:48

"Kayrat" klubu Çempionlar Liqası matçını Kanye Uestin konsertinə görə təxirə saldı

Güləş
Bu gün, 20:33

U17 Dünya Çempionatında medallar təqdim olunub

Güləş
Bu gün, 20:26

Bakıda beynəlxalq cüdo seminarı keçirilir

Basketbol
Bu gün, 20:11

U18 Azərbaycan basketbol millisi Avropa çempionatının ilk oyununda Polşaya məğlub olub

Minifutbol
Bu gün, 19:56

"Araz-Naxçıvan"a yeni transfer

Futbol
Bu gün, 19:52

Ceyhun Nuriyev „Araz-Naxçıvan“da

Digər
Bu gün, 19:42

AFFA "Sevincini Bölüş" xeyriyyə kampaniyasına dəstək verir

Voleybol
Bu gün, 19:28

Azərbaycan millisinin voleybolçuları ilə görüş keçirilib

Futbol
Bu gün, 19:13

Mark van Bommel Belçika millisinin yeni baş məşqçisi təyin edilib

Digər
Bu gün, 18:58

Beşinci Milli Yaylaq Festivalında idman zonaları yaradılıb

Futbol
Bu gün, 18:43

Pirlo İtaliya millisinə baş məşqçi təyin ola bilər

Futbol
Bu gün, 18:29

Qalatasaray Con Lukumini transfer etməyə çalışır

Futbol
Bu gün, 18:28

CAS 2025-ci il Afrika Millətlər Kubokunun qalibini müəyyən etmək üçün dinləmə keçirəcək

Qarabağ FK
Bu gün, 18:12

„Arsenal“ Alvaresi gözləyir: Transfer əgər „Barselona“ya gedə bilməsə, london klubu imtina etməyəcək

Futbol
Bu gün, 17:55

Azərbaycanlı FIFA referisi Konfrans Liqasının oyununa təyinat alıb

Digər
Bu gün, 17:43

“Zirə”nin keçmiş legioneri Almaniya klubuna transfer olundu

Futbol
Bu gün, 17:30

Kups-Sabah matçının hakim təyinatları üzə olundu

Futbol
Bu gün, 17:24

Murad Musayev Ekvador millisinin ulduz futbolçusunu.transfer etməyə çalışır

Oxşar xəbərlər