Dünya Qadın Seriyasının Buxarest mərhələsindən sonra basketbolun 3x3 növü üzrə komandaların dünya reytinqi açıqlanıb. Sport24.az xəbər verir ki, Azərbaycan millisi də siyahıda yer alıb.
Mərhələnin qalibi olan yığmamız dünyada 21-cidir. Komandanın hesabında 131,248 xal var. Millimiz ötən siyahı ilə müqayisədə aktivinə 47,257 xal əlavə edib, 11 pillə irəliləyib.
Qeyd edək ki, cədvələ Niderland millisi başçılıq edir - 547,624 xal.