"Sərhədçi" basketbol klubunun yeni baş məşqçisi bəlli olub. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Anar Sarıyev çalışdıracaq.
Ayberk Acar baş məşqinin köməkçisi təyin edilib. O, həmçinin klubda fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərəcək.