top
Abşeron Lionsun baş məşqçisi Erhan Toker: Qrup mərhələsinə vəsiqə sevincimiz oldu Sport24.az
02 oktyabr 2025, 15:20
- ↺ +

"Abşeron Lions"un baş məşqçisi Erhan Toker: Qrup mərhələsinə vəsiqə sevincimiz oldu

Azərbaycanın "Abşeron Lions" basketbol klubu Avropa Kubokunun əsas mərhələsində yaxşı mübarizə aparmağa çalışacaq. Sport24.az xəbər verir ki, bu barədə "Report"a komandanın baş məşqçisi Erhan Toker açıqlama verib.

 

Türkiyəli mütəxəssis Kiprdə "Anortosis"ə uduzduqları I təsnifat mərhələsinin cavab oyunu ilə bağlı danışıb: "Həmin qarşılaşmada çox pis oynadıq. Müdafiə və hücum planında zəif idik. Hətta deyərdim ki, həftə yaxşı keçməyib. İlk görüşdə 30 xal fərqi ilə öndə idik, amma bu, 16 xaladək endi. Bunun cavab matçında bizə lazım olmayacağına ümid edirdim. Bayaq dediyim kimi, çox pis həftə oldu."

 

Toker heyətdəki itkidən də söz açıb: "Orelik Gediminas zədəlidir. Ceyms Frayzerin atasının səhhəti ağırdır və oyunçu məşq və qarşılaşmalara tam köklənə bilmirdi. Bütün bunlar əleyhimizə idi."

 

O, məğlubiyyətə baxmayaraq, turnirin əsas mərhələsinə vəsiqə qazanmalarına da toxunub: "Üzümüzü güldürən yeganə məqam reqlamentə əsasən ("lucky-loser") ən yaxşı fərqlə məğlub olan komanda kimi qrup mərhələsində oynamaq hüququ əldə etməyimiz oldu. Qrupda yaxşı mübarizə aparmaq istəyirik. Bunun üçün səhvlərimiz üzərində çox ciddi çalışmalıyıq."

 

Qeyd edək ki, "Abşeron Lions" əsas mərhələnin I qrupunda Latviyanın "Kalev", Polşanın "Trefl Sopot" və Azərbaycanın "Neftçi" komandası ilə üz-üzə gələcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
Bu gün, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
Bu gün, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
Bu gün, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
Bu gün, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
Bu gün, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Bu gün, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
Bu gün, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
Dünən, 23:48

Yeton Bekiri: “Qəbələyə şikayət və ya ağlamağa gəlməmişəm, yalnız işləmək üçün buradayam”

Futbol
Dünən, 23:40

Flick erkən qolun “Barselona”nın 3:0 qələbəsindəki əhəmiyyətini vurğuladı

Futbol
Dünən, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
Dünən, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Basketbol
Dünən, 22:24

“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların böyük rolunu vurğuladı

Futbol
Dünən, 22:00

Zirə baş məşqçisi Rəşad Sadıqov: Heyətimizdə səkkiz‑doqquz zədəli futbolçu var

Cüdo
Dünən, 20:54

Uşanqi Kokaurinin Dünya Çempionatı Finalı Taktiki Səhvlərə Bağlıdır, Titullar Onun Psixologiyasına Təsir Etmir

Futbol
Dünən, 17:55

Vəli Qasımov: Neftçi oyunda Sabahdan bir qədər üstün idi, ancaq nəticə bərabərlik oldu

Futbol
Dünən, 15:34

Sumqayıt son yeddi qarşılaşmada Qəbələyə məğlub olmayıb

Futbol
Dünən, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Dünən, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Dünən, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Dünən, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Dünən, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Dünən, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Dünən, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Oxşar xəbərlər