"Abşeron Lions" daha bir legioner basketbolçu ilə heyətini gücləndirib.
İdman.biz xəbər verir ki, ABŞ-dən olan De Sean Eyksen heyətə cəlb olunub.
Hücumçu mövqeyində çıxış edən oyunçu İngiltərənin "Newcastle Eagles" komandasının formasını geyinib.
Qeyd edək ki, "Abşeron Lions" daha əvvəl litvalı Orelik Gediminas, ABŞ-dən olan Arinze Çidom, Ceyms Freyzer, Aubri Makalpayn, Ceylan Şou və De Ondre Caksonu heyətinə qatıb.
İdman.biz