Azərbaycanın daha bir basketbol komandası FIBA Avropa Kubokunda mübarizəyə başlayıb.
"Report"un məlumatına görə, "Abşeron Lions" klubu Estoniya təmsilçisi "Kalev"i qəbul edib.
Bakı İdman Sarayında keçirilən matç rəqibin 93:85 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, I qrupunun ilk görüşündə Azərbaycanın "Neftçi" kollektivi Polşada "Trefl"ə uduzub - 63:92.