top
Abşeron Lions Avropa Kubokunun əsas mərhələsində mübarizəyə hazırlaşır: Baş məşqçi səhvlər üzərində işləməyi vurğulayır Report.az
02 oktyabr 2025, 13:15
- +

"Abşeron Lions" Avropa Kubokunun əsas mərhələsində mübarizəyə hazırlaşır: Baş məşqçi səhvlər üzərində işləməyi vurğulayır

Azərbaycanın "Abşeron Lions" basketbol klubu Avropa Kubokunun əsas mərhələsində yaxşı mübarizə aparmağa çalışacaq.

Bu barədə "Report"a komandanın baş məşqçisi Erhan Toker açıqlama verib.

Türkiyəli mütəxəssis Kiprdə "Anortosis"ə uduzduqları I təsnifat mərhələsinin cavab oyunu ilə bağlı danışıb:

"Həmin qarşılaşmada çox pis oynadıq. Müdafiə və hücum planında zəif idik. Hətta deyərdim ki, həftə yaxşı keçməyib. İlk görüşdə 30 xal fərqi ilə öndə idik, amma bu, 16 xaladək endi. Bunun cavab matçında bizə lazım olmayacağına ümid edirdim. Bayaq dediyim kimi, çox pis həftə oldu".

E.Toker heyətdəki itkidən də söz açıb:

"Orelik Gediminas zədəlidir. Ceyms Frayzerin atasının səhhəti ağırdır və oyunçu məşq və qarşılaşmalara tam köklənə bilmirdi. Bütün bunlar əleyhimizə idi".

O, məğlubiyyətə baxmayaraq, turnirin əsas mərhələsinə vəsiqə qazanmalarına da toxunub:

"Üzümüzü güldürən yeganə məqam reqlamentə əsasən ("lucky-loser") ən yaxşı fərqlə məğlub olan komanda kimi qrup mərhələsində oynamaq hüququ əldə etməyimiz oldu. Qrupda yaxşı mübarizə aparmaq istəyirk. Bunun üçün səhvlərimiz üzərində çox ciddi çalışmalıyıq".

Qeyd edək ki, "Abşeron Lions" əsas mərhələnin I qrupunda Latviyanın "Kalev", Polşanın "Trefl Sopot" və Azərbaycanın "Neftçi" komandası ilə üz-üzə gələcək.

Abşeron Lions klubu basketbol Avropa Kuboku əsas mərhələ Erhan Toker
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:11

"Milan"ın hücumçusu Ximenes topuq zədəsinə görə əməliyyat oluna bilər

Futbol
Bu gün, 08:05

Xabi Alonso gedərsə, "Real"ı Santyaqo Solari çalışdıracaq

Futbol
Bu gün, 07:02

Xabi Alonsonun Səhv Etmək Üçün Yeri Demək Olar ki, Yoxdur

Futbol
Bu gün, 06:09

Tebas Peresin "Neqreyra işi" ilə bağlı tənqidlərinə cavab verdi

Formula 1
Bu gün, 05:05

"Kick-Sauber" "Audi" Olmadan Öncəki Bütün Pilotlarının Fotolarını Paylaşdı

Boks
Bu gün, 04:10

Pimblett Kovingtonu Trampın belə sevmədiyini deyib

Futbol
Bu gün, 03:12

Massara Dibalanın "Roma"dakı gələcəyi ilə bağlı danışıb

Futbol
Bu gün, 02:33

"Rayo Valyekano" - "Betis": Qolsuz Bərabərlik

Futbol
Bu gün, 02:26

"Roma" "Komo" üzərində minimal hesablı qələbə qazandı

Futbol
Bu gün, 02:16

"Mançester Yunayted" və "Bornmut" 4:4 hesablı heç-heçə edib

Futbol
Bu gün, 01:45

Mayk Riçards: "Salah heç vaxt pis oynamaq üçün meydançaya çıxmır"

Futbol
Bu gün, 01:26

Flik hakimlərə təzyiqin yolverilməz olduğunu vurğulayıb

Futbol
Bu gün, 01:07

"Fənərbağça" "Konyaspor"u darmadağın etdi: Talışka dubl etdi - VİDEO

Futbol
Bu gün, 00:48

Kenan Piriç "Sumqayıt"la oyundan sonra: "İkinci hissədə oyunumuzu itirdik"

Futbol
Bu gün, 00:30

"Barselona" Kundenin əvəzinə Ruersonu transfer etmək üçün danışıqlara başlayıb

Futbol
Bu gün, 00:11

Finalissima 2026 Mart ayında İspaniya və Argentina arasında keçiriləcək

Cüdo
Dünən, 23:54

Azərbaycan Cüdo Federasiyasında cüdo üzrə məşqçilər üçün idman zədələri və reabilitasiya mövzusunda seminar keçirilib

Digər
Dünən, 23:36

"Toronto Meypl Lifs" ardıcıl üçüncü ildir "Forbes"-in ən bahalı NHL komandasıdır

Boks
Dünən, 23:24

U-17 Avropa Çempionatı: Azərbaycanın 4 boksçusu finala yüksəlib

Futbol
Dünən, 23:21

2025-ci il "The Best FIFA Football Awards" mükafatına namizədlər açıqlanıb

Futbol
Dünən, 23:12

"Fənərbaxça" "Konyaspor"u 4 cavabsız qolla məğlub etdi

Futbol
Dünən, 23:07

Vanolinin "Fiorentina"dakı taleyi "Lozanna" və "Udineze" matçlarından asılıdır

Futbol
Dünən, 22:55

Serxio Reqilon "İnter Mayami"yə keçdi - RƏSMİ

Futbol
Dünən, 22:52

"Marsel"in baş məşqçisindən Balerdi haqqında: O, böyük futbolçu olmaq istədiyini anlamalıdır

Oxşar xəbərlər