top
Zöhrab Gözəlbəyli CEV Maliyyə Komissiyasının Lüksemburqdakı iclasında iştirak edib Idman.biz
07 may 2026, 10:53
- ↺ +

Zöhrab Gözəlbəyli CEV Maliyyə Komissiyasının Lüksemburqdakı iclasında iştirak edib

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli Avropa Voleybol Konfederasiyasının (CEV) Maliyyə Komissiyasının iclasında iştirak edib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, tədbir Lüksemburqda baş tutub.

CEV-in baş ofisində təşkil olunan toplantıya qurumun İcraçı direktoru Vuk Karanoviç, Maliyyə Komissiyasının rəhbəri Guy Juvet, komissiya üzvləri və CEV-in maliyyə departamentinin əməkdaşları da qatılıblar.

İclasda CEV-in cari il üzrə fəaliyyət planı, maliyyə siyasətinin əsas istiqamətləri, eləcə də beynəlxalq turnir və yarışların maliyyələşdirilməsi ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə olunub. Xüsusilə, yarışların təşkilinə ayrılan büdcə, xərclərin optimallaşdırılması və maliyyə resurslarının səmərəli idarə olunması kimi vacib mövzular gündəlikdə yer alıb.

Görüş zamanı 2025-ci il ərzində keçirilmiş yarışların maliyyə nəticələri təhlil olunub, qarşıdakı dövr üçün planlaşdırılan turnirlərlə bağlı maliyyə mexanizmləri və büdcə planlaması istiqamətində geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, maliyyə hesabatlılığının şəffaflığının artırılması və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə də xüsusi diqqət yetirilib.

İclas çərçivəsində CEV Maliyyə Komissiyasının üzvləri tərəfindən müasir maliyyə yanaşmaları, rəqəmsal maliyyə idarəetmə alətlərinin tətbiqi, həmçinin üzv federasiyalar arasında əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib. Bu kimi görüşlərin Avropa voleybolunda maliyyə dayanıqlığının təmin olunmasına və beynəlxalq yarışların daha yüksək səviyyədə təşkilinə töhfə verəcəyi vurğulanıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:08

Flik böyük oyunlarda Gordonu seçir, Adeyemi kölgədə qalır

Futbol
Bu gün, 08:40

Endrü Robertson Şotlandiya millisinin rekord oyunçu sayını yenilədi

Futbol
Bu gün, 08:07

İngiltərə Fabian Ruizun yeddi illik məğlubiyyətsiz seriyasını dayandırdı

Futbol
Bu gün, 08:00

İngiltərə Premyer Liqa klubları Leonard Preskott ilə maraqlanır

Futbol
Bu gün, 07:18

“Atletiko”da iki milli futbolçunun zədəsi: Ademola Lukman dizindən, Mark Pubil topuqdan

Tennis
Bu gün, 06:13

Yannik Sinner və Paolo Maldini ortaq diz problemləri barədə danışdı

Futbol
Bu gün, 05:07

Qalatasaray Batrakov üçün maaş artımı yerinə performans bonusları təklif edir

Basketbol
Bu gün, 04:13

Şakil O’Nil ən böyük NBA oyunçusunun Michael Jordan olduğunu açıqladı

Futbol
Bu gün, 03:12

Barselona, Kamp Nou Stadionunun Yenidən Qurulması üçün 300 Milyon Avro Ayrır

Futbol
Bu gün, 02:46

“Atalanta” Lorenso Bernaskoni ilə müqaviləni uzatdı, transfer səsi sona çatdı

Futbol
Bu gün, 02:15

Benin 1:0 qalib, Neftçi legioneri D'Almeydan kömək etdi

Futbol
Bu gün, 01:59

Serxio Ramos ‘Malaqa’ klubuna transfer ola bilər

Futbol
Bu gün, 01:58

Niderland, 0-5 məğlubiyyətlə Almaniyadan əliboş qayıdır

Futbol
Bu gün, 01:43

Sessi D'Almeydan 90+3 dəqiqədə golları ilə Beninə qarşı qələbəni qazanır

Futbol
Bu gün, 01:39

Ayxan Abbasov: Andorra qələbəsi sonrası məqsəd yavaş-yavaş yüksəlmək

Futbol
Bu gün, 01:29

Fransa millisinin məşqçisi Zidane oyun sonrası futbolçularının paltardəyişmə otağında gözləməməsi

Futbol
Bu gün, 01:21

Ayxan Abbasov: 3-1 qalibiyyəti şərh etdi, komanda yenidən yüksəlişə doğru irəliləyir

Futbol
Bu gün, 00:51

Pochettino Manchester United‑a ABŞ millisinin futbolçularını gətirməyi düşünür

Futbol
Bu gün, 00:13

Argentinada 18 yaşlı futbolçu topun güclü zərbəsi nəticəsində vəfat etdi

Futbol
Dünən, 23:42

UEFA, Infantino’ya ciddi rəqib olaraq Fransa Futbol Federasiyasının rəhbəri Filipp Diallo’yu namizəd kimi təqdim etdi

Formula 1
Dünən, 23:19

Mercedes, Bakı Qran-prisindən sonra geriləyən Rassellə üstünlük qazanmağa hazırdır

Futbol
Dünən, 23:05

Jezuş, Bernardu Silva’nın az oyun vaxtını taktik qərarlarla açıqladı

Futbol
Dünən, 22:43

Donnarumma Belçikaya 1:4 məğlubiyyəti şərh etdi: “Əvvəl möcüzə deyildik, indi də zəif deyilik”

Futbol
Dünən, 22:36

Murad Məmmədov və Eşqin Əhmədov Azərbaycan millisinin Andorra dostluq matçında debüt etdi

Oxşar xəbərlər