top
Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır Idman.biz
Dünən, 21:17
- ↺ +

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

"Turan" qadın voleybol komandasının prezidenti Həsən Zeynalov və baş məşqçisi Ziya Rəcəbov Bolqarıstanın "Maritsa" komandası ilə CEV Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu öncəsi jurnalistlərin suallarını cavablandırıb.

İdman.Biz-in Tovuza ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, klub rəhbərliyi və baş məşqçi komandanın qrup mərhələsinə yüksəlmək perspektivlərini dəyərləndiriblər.

Həsən Zeynalov qrup mərhələsinə vəsiqə qazanılacağı təqdirdə "Turan"ın büdcəsinə nə qədər vəsait daxil olacağı və həmin maliyyənin hansı istiqamətlərə yönəldiləcəyi ilə bağlı sualı cavablandırıb.

O bildirib ki, futboldan fərqli olaraq, voleybolda qrup mərhələsinə yüksəlmək kluba əlavə maliyyə qazancı gətirmir. Əksinə, həmin mərhələdə iştirak üçün klub müəyyən ödənişlər etməlidir. Bununla belə, Zeynalov qrup mərhələsinə vəsiqə qazanmağın Azərbaycan və Tovuz voleybolu üçün böyük motivasiya olacağını vurğulayıb.

Klub prezidenti qrup mərhələsinə yüksələcəkləri təqdirdə ev oyunlarının harada keçiriləcəyinə də aydınlıq gətirib:

"Sabahkı oyundan sonra bu barədə düşünəcəyik. Əslində, CEV rəhbərliyi ilə bununla bağlı bir dəfə danışığımız olub. Hadisələri qabaqlamaq istəmirik. İstərdik ki, oyunlarımızı Tovuzda keçirək. Hər gün azarkeşlərimizin sayı artır, artıq 2000 nəfərə çatıb. Əgər CEV burada oyunların keçirilməsinə icazə verməsə, növbəti seçimimiz Gəncə İdman Sarayı olacaq, bu barədə onlara da bildirmişik".
Zeynalov heyətin gücləndirilməsi ilə bağlı suala cavabında komandanın ən azı yanvar ayına qədər tam komplektləşdirildiyini bildirib. Onun sözlərinə görə, mövcud reqlamentdə legioner limiti nəzərdə tutulur. Yanvarda bu məsələyə yenidən baxılması, zərurət yaranacağı təqdirdə isə federasiya ilə müzakirələr aparılması mümkündür.

Klub prezidenti komandanın eyni vaxtda bir neçə turnirdə mübarizə aparmaq imkanlarını da yüksək qiymətləndirib:

"Heyətimiz Ziya müəllim tərəfindən formalaşdırılıb. Nəinki iki, hətta üç cəbhədə də mübarizə apara bilərik. Həm oyunçularımızın sayı və təcrübəsi, həm də fiziki gücü buna imkan verir".

Baş məşqçi Ziya Rəcəbov isə Bolqarıstanın "Maritsa" komandası üzərində səfərdə qazanılan 3:0 hesablı qələbədən sonra heyətdə arxayınçılığın yaranması ehtimalına münasibət bildirib:

"Arxayınçılıq olmayacaq. Çünki bunun nəticəsini bir dəfə görmüşük. Həmin vaxt hesab 3:2-yə qədər gəlib çıxdı, hətta məğlub da ola bilərdik. Qızlarımızın təcrübəsi sayəsində oyunu xilas etdik. Uzun səfər və arxayınçılıq belə vəziyyətin yaranmasına səbəb olmuşdu".

Mütəxəssis komandanın hazırkı vəziyyətindən razı olduğunu, lakin heyətdə zədə probleminin qaldığını bildirib:

"Komandanın hazırkı durumu çox yaxşıdır. Alternativ variantlarımız var. Sadəcə, Marta Drpanın vəziyyəti hələ tam aydın deyil. O, Xorvatiyada keçirilən oyunda zədələndi. Ümid edirik ki, bir aya meydana qayıdacaq".

Rəcəbov Xorvatiyanın "Mladost" komandası ilə qarşılaşmadan fərqli olaraq, Bolqarıstanda "Maritsa"ya qarşı görüşdə Ayşən Əbdüləzimovsnın meydana çıxmamasının səbəbini də açıqlayıb:

"Ayşən komandamızın döyünən ürəyidir. Həm oyunçu, həm də insan kimi çox xarakterlidir, sona qədər mübarizə aparır. Sadəcə, "Maritsa"nın voleybolçularının boy üstünlüyünü nəzərə alaraq, Ayşənə deyil, Mariya Krilyuka üstünlük verdik. Ayşən sürətli oynayan voleybolçudur və bizim üçün çox vacibdir. Onun oynamaması sırf taktiki qərar idi".

Baş məşqçi İtaliya klublarının daha sürətli voleybola üstünlük verdiyini və belə rəqiblərə qarşı Ayşənin xüsusiyyətlərindən yararlanmağın mümkün olduğunu qeyd edib:

"İtaliya komandaları daha sürətli oynayırlar. Buna görə də onlara qarşı fərqli taktika seçmək lazımdır. Ayşənin sürəti belə oyunlarda bizim üçün vacib ola bilər".

Rəcəbov "Maritsa"nın cavab qarşılaşmasında zəif çıxış edəcəyi barədə fikirlərlə də razılaşmayıb. O, Bolqarıstan təmsilçisinin səfərdə də uğurlu oynamaq bacarığına malik olduğunu vurğulayıb:

"Onların səfərdə daha yaxşı çıxış etdikləri oyunlar da olub. Monteneqro komandası ilə qarşılaşmada 3:1 hesablı qələbə qazanıblar. Buna görə də rəqibin məğlubiyyətlə barışdığını düşünmürəm. Uzun səfər müəyyən qədər təsir edə bilər. Onların heyətində boyu 1,90 metrdən çox olan voleybolçular var. Hər şeyi sabahkı oyun göstərəcək".

Baş məşqçi qrup mərhələsində mümkün rəqiblər barədə də fikirlərini bölüşüb. O, həmin mərhələdə İtaliya klubları da daxil olmaqla, güclü komandalarla qarşılaşa biləcəklərini bildirib.

"Çox çətin rəqiblərimiz var. Bəlkə də Serbiya təmsilçisini digərlərinə nisbətən zəif hesab etmək olar. Amma bu barədə düşünmürük. Çünki qrup mərhələsində zəif komanda olmur".

Azərbaycan Superliqasının səviyyəsinə toxunan Rəcəbov daxili çempionatda rəqabətin daha da güclənməsini arzuladığını bildirib:

"Bizim iddiamız böyükdür. İlk ilimizdə çempion olduq. Təbii ki, bu, böyük məsuliyyətdir. İkinci ildə də həmin uğuru davam etdirmək istəyirik. Amma qarşımızdakı rəqiblər zəif deyil. Yaxşı komandalar var, güclü transferlər ediblər. İstərdik ki, Azərbaycanda rəqabət daha güclü olsun. Bu, Avropada bizə kömək edər. Elə komandalarımız olsa ki, onlarla başabaş mübarizə aparaq, xaricdə təlim-məşq toplanışı keçirməyə də ehtiyac qalmaz. Hazırlığımızı ölkəmizdə keçirə bilərik. Bu, Azərbaycan voleyboluna və milli komandamıza da fayda verər".

Rəcəbov yerli voleybolçuların daha çox oyun təcrübəsi qazanmasının milli komandanın inkişafına müsbət təsir göstərəcəyini bildirib. O, Azərbaycan Voleybol Federasiyasının həyata keçirdiyi inkişaf planlarının nəticələrinin qarşıdakı dörd-beş il ərzində daha aydın görünəcəyini düşündüyünü qeyd edib.

Mütəxəssis Azərbaycan voleybolunun tanınmış simalarından olan Faiq Qarayevin onun məşqçilik fəaliyyətindəki rolundan da danışıb:

"Faiq Qarayev voleybolun ikonasıdır. Onun təcrübəsindən indi də yararlanıram. Tez-tez əlaqə saxlayır, məsləhətləşirik. Bəzi taktiki gedişlərlə bağlı fikirlərini bölüşür. Ondan çox şey öyrənmək mümkündür".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Oxşar xəbərlər