top
Ziya Rəcəbov: Məqsədimiz voleybolda 'Turan' adını Avropaya tanıtmaqdır Idman.biz
18 fevral 2026, 17:16
- ↺ +

Ziya Rəcəbov: "Məqsədimiz voleybolda 'Turan' adını Avropaya tanıtmaqdır"

Azərbaycan qadın voleybolu üzrə Yüksək Liqasının lideri debütant - Tovuzun "Turan" komandasıdır. Komanda 11 oyunda 10 qələbə qazanıb. Tovuz təmsilçisi görüşlərin əksəriyyətində rəqiblərinə şans verməyərək 3:0 hesabı ilə qalib gəlib. "Turan"ın qələbə seriyası son matçda "DH-Volley"ə 2:3 hesablı məğlubiyyətlə başa çatıb.

Bununla belə, regional komanda və debütant statusunu nəzərə alsaq, "Turan"ın uğuru kifayət qədər təsirlidir. Nailiyyətlərdə baş məşqçi Ziya Rəcəbovun rolu böyükdür. Gənc mütəxəssis komandaları ilə dəfələrlə avrokubokların mükafatçısı olub, Azərbaycan Yüksək Liqasının qalibi və mükafatçısı adını qazanıb, həmçinin İndoneziya çempionu olub.

Rəcəbov üçün "Turan"ın nəticələri xüsusi əhəmiyyət daşıyır. O, iki illik fasilədən sonra böyük idmana qayıdaraq komandani sıfırdan qurmaq məqsədi qarşısına qoyub.

İdman.Biz-ə verdiyi müsahibədə Ziya Rəcəbov "Turan"ın uğurunun sirrini, çempionatdan iki il uzaq qalmasının səbəblərini və ölkədə voleybolun inkişafından danışıb.

- Sizi "Turan" klubunda işləmək təklifi ilə nə cəlb etdi?

- Bundan əvvəl iki il Azərbaycan çempionatında çalışmamışdım. "Xarı Bülbül Şuşa" klubundan sonra voleybola qarşı müəyyən incikliyim yarandı, çünki avrokuboklarda iştirak üçün bizə lazımi dəstək göstərilmədi. 2025/2026 mövsümündə isə tam təsadüfi, hətta möcüzəvi şəkildə "Turan" variantı ortaya çıxdı.

Klub yeni idi. Rəhbərlik baş məşqçi postuna əcnəbi mütəxəssis gətirmək, məni isə köməkçi kimi dəvət etmək istəyirdi. Lakin bu təkliflə razılaşmadım. Çünki baş məşqçi kimi kifayət qədər təcrübəm var və peşəkarlığımı dəfələrlə sübut etmişəm.

Rəhbərliklə görüşdən sonra nəticələrimlə tanış oldular və məşqçilik fəaliyyətimin detallarına dərindən bələd olmadıqlarını etiraf etdilər. Azərbaycanda belə bir mütəxəssisin olmasından məmnun qaldılar və "Turan"ı mənə həvalə etdilər.

Uzun müddətdir komandanı sıfırdan qurmaq istəyirdim. Təklifin əsas cəlbedici tərəfi də bu oldu. Oyunçu seçimindən inventara qədər hər şeyi özümüz formalaşdırdıq. Üstəlik, "Turan" adı xüsusi məna daşıyır – türk mədəniyyətinin simvoludur, qürur mənbəyidir.

- Yüksək Liqada olmadığınız müddətdə təkliflər alırdınız?

- Bəli, həm yerli klublardan, həm də xaricdən təkliflər var idi. Amma həmin iki ildə 2019-cu ildə yaratdığım "Zikos Kids Volleyball Akademy"də uşaqlarla işləməyə davam etdim. Hazırda akademiyanın yetirmələri - Xədicə Ələkbərova və Zarina Namazova "Turan"dadır. İstəyirəm ki, təcrübəli oyunçuların yanında inkişaf etsinlər.

- Komandanı sıfırdan qurarkən əsas məqamlar nələrdir?

- Azərbaycan voleybolunda məni tanıyır və hörmət edirlər. "Turan"da çalışdığım bilinəndə bir neçə yerli oyunçu dərhal bizimlə müqavilə bağladı. Onların arasında altı il Macarıstanda çıxış etmiş Ayşən Əbdüləzimova da var.

Bu, qadın komandası ilə ilk işim deyil. Psixoloji baxımdan xanım voleybolçuları yaxşı anlayıram. Kişi klubundan təklif gəlsə, qəbul etmərəm. Özümü rahat hiss etmədiyim yerdə işləmək istəmirəm. Məsələ pulda deyil – əsas olan sağlam mühitdir.

- "Turan" debütantdır. Komandanın lider olacağını gözləyirdiniz?

- Hər şey kollektivdən asılıdır. Heyət güclü ola bilər, amma klubdaxili atmosfer, rəhbərlik və məşqçilər heyəti ilə əməkdaşlıq əsasdır. Bizdə çox sağlam mühit var. Mütəxəssislərin fikrinə qulaq asılır, istəklər operativ yerinə yetirilir. Oyunçular isə əsl döyüşçüdürlər. Onları necə yönləndirsən, elə də oynayacaqlar.

- Bu, uğurun sirridir?

- Bəli. Biz yalnız qələbə üçün oynamırıq. Prinsipim belədir: bir neçə keyfiyyətsiz məşqdənnsə, bir effektiv məşq daha yaxşıdır. Heyətimizdə təcrübəli voleybolçular da var. Məsələn, Serbiya millisində çıxış etmiş 37 yaşlı Marta Drpa gənclərə böyük dəstək olur.

- Lider komanda olmaq fonunda intizamı qorumaq çətindir?

- Çox çətindir. Xüsusilə matç zamanı. Birinci seti böyük üstünlüklə qazandıqda arxayınlaşma yaranır. Boksdan misal gətirirəm: bir neçə zərbə kifayət deyil, işi nokauta qədər çatdırmaq lazımdır. Əks halda rəqib səni bir zərbə ilə məğlub edə bilər. İdmanda sona qədər mübarizə vacibdir.

- "DH Volley" əsas rəqibinizdir?

- Məğlubiyyətsiz çempionat keçirmək istəyirdik. Amma idmanda hər şey mümkündür. "DH Volley" ilə oyunda istədiyimiz alınmadı və bu, bizim üçün dərs oldu.

Heç bir rəqibə yuxarıdan baxmamışıq. Mövsümün ikinci yarısında oyunların daha maraqlı olacağını gözləyirdik, çünki komandalar transferlərlə gücləndilər. Yalnız "Turan" yeni oyunçu cəlb etmədi. Kim finala çıxacaq demək çətindir, amma biz özümüzə inanırıq və avrokuboklara hazırlaşırıq.

Посмотреть эту публикацию в Instagram

Публикация от Turan Voleybol Klubu (@turanvc)

- Azərbaycan çempionatının səviyyəsini necə qiymətləndirirsiniz?

- Hazırda səviyyəni qənaətbəxş saymaq olar. Rəqabəti qoruyan kifayət qədər komanda var. Legioner limiti tətbiq olunur (meydanda beş əcnəbi və bir yerli oyunçu – red.). Gələn ildən sərtləşdirilməsi planlaşdırılır, amma düşünürəm ki, hələ tezdir. Yerli voleybolçuların yetişməsi üçün zamana ehtiyac var.

- "Turan" ilk uğurlu regional komandadır. Bunun əhəmiyyəti nədir?

- Bəli, "Turan" Yüksək Liqada liderliyi qoruyan ilk regional komandadır və inşallah, çempionluq uğrunda mübarizə aparacaq. Bu, bütün Azərbaycan üçün nümunədir.

Voleybol regionlarda inkişaf etməlidir. Bu, həm idmanın populyarlığı, həm də millətin sağlamlığı baxımından vacibdir. Məncə, qadın voleybolu daha baxımlıdır və maraqlıdır.

- Tovuzda voleybola maraq necədir?

- Tovuzdakı azarkeş dəstəyi misilsizdir. Bu həm futbola, həm də voleybola aiddir. Oyunlarda Olimpiya Kompleksi tam dolur, hətta azarkeşlər pilləkənlərdə əyləşməli olurlar.

İdmançı yetişdirilməsinə ötən ildən başlanılıb. Artıq Aydan adlı bir qız Tovuzdan gənclər millisində çıxış edir. Hər bölgədən bir keyfiyyətli oyunçu yetişsə, bu, onlarla idmançı deməkdir. Onlardan hər il 5-6 nəfər seçilsə, voleybolun inkişafına ciddi təkan verər.

- Valideynlərin mövqeyi dəyişibmi?

- Bəli, xeyli dəyişib. Əvvəllər qadağalar çox idi, indi isə valideynlər daha çox dəstək göstərirlər. Nəsil dəyişimi və baxışların yenilənməsi rol oynayır. Mənim anam da vaxtilə təhsilə üstünlük verməyimi istəyirdi. Amma voleybolu seçdim və davam etdim.

- Özünüzdə güclü mütəxəssis perspektivini nə vaxt hiss etdiniz?

- Boyum hündür deyil, amma oyunçu kimi seçilirdim. Məşqçiliyə həvəsim böyük idi. Zoran Qayiç və Faiq Qarayev kimi mütəxəssislərlə çalışmışam. Azərbaycanda voleybol deyiləndə ilk yada düşən şəxs məhz Faiq müəllimdir. Ondan çox şey öyrənmişəm.

- Sərt, yoxsa yumşaq məşqçisiniz?

- İndiki dövrdə sərtlik işləmir. Müasir nəsil fərqlidir. Fərdi yanaşma vacibdir, xüsusilə qadın kollektivində. Eyni zamanda idmançı rejiminə, qidalanmasına, bərpasına diqqət etməlidir. Məşqçi həm də psixoloq olmalıdır.

- Perspektivli gənc məşqçilərdən kimi qeyd edərdiniz?

- "Ordu"nun baş məşqçisi Cavid Süleymanovu qeyd edərdim. Ona uğurlar arzulayıram. Həmçinin Famil Ağayev, Emin Əbilov, Fərid Cəlalovu vurğulamaq istərdim. Niyə azərbaycanlı mütəxəssislər də xaricdə çalışmasın? Nəticə təcrübə ilə gəlir.

- Məşqçilərin təhsil sistemi nə dərəcədə vacibdir?

- Təcrübəli mütəxəssislərlə işləyərək onların ən yaxşı cəhətlərini öyrənmişəm. Əsas istedad və öyrənmək bacarığıdır. Voleybol ağıllı idmandır. Üç toxunuş və bir neçə saniyə – top artıq qarşı tərəfdədir. Mən pozitiv mühit və sağlam kommunikasiya tərəfdarıyam.

- Məşqçilik karyeranızda məqsədləriniz nələrdir?

- "Turan"ı və Azərbaycanı beynəlxalq arenada təmsil etmək istəyirik. Necə ki, Qurban Qurbanov futbol "Qarabağ"ını Avropada tanıdıb, bizim də məqsədimiz voleybolda "Turan" adını Avropaya tanıtmaqdır. "Challenge Cup"dan başlamağı planlaşdırırıq. Klub rəhbərliyi bizi tam dəstəkləyir.

Həmçinin millidə çalışmaq istəyirəm. Artıq baş məşqçinin köməkçisi kimi dəvət almışam və bu, mənim üçün böyük şərəfdir. Milli komanda üçün işləmək hər mütəxəssisin borcudur. Faiq müəllimə etimada görə təşəkkür edirəm. Bu, mənə ciddi təcrübə qazandıracaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Oxşar xəbərlər