Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqasının II mərhələsindəki oyunlarının hakimləri açıqlanıb. Sport24.az xəbər verir ki, Belçikada keçiriləcək matçları Niderland, İtaliya və Fransadan olan ədalət təmsilçiləri idarə edəcək.
Millimiz ilk görüşündə meydan sahibləri ilə qarşılaşacaq. İkinci oyun günündə komandamız Şimali Makedoniya ilə üz-üzə gələcək.
Qızıl Avropa Liqası (kişilər)
II mərhələ
24 may
17:30. Azərbaycan – Belçika
Hakimlər: Marko van Zanten (Niderland), Dominqa Lot (İtaliya)
Beveren. "Topsporthol"
25 may
17:30. Şimali Makedoniya – Azərbaycan
Hakimlər: Dominqa Lot (İtaliya), Olivye Qulyet (Fransa)
Beveren. "Topsporthol"