top
Yığmamızın baş məşqçisi: “Bu uşaqlardan böyük bir şey gözləmək olmaz” - MÜSAHİBƏ İdman.biz
27 noyabr 2024, 17:31
- ↺ +

Yığmamızın baş məşqçisi: “Bu uşaqlardan böyük bir şey gözləmək olmaz” - MÜSAHİBƏ

Azərbaycanın voleybol üzrə oğlanlardan ibarət U-16 millisinin baş məşqçisi Cahangir Seyed Abbasinin İdman.biz-ə müsahibəsi

- Yığma Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında çıxış edəcək. Komandadan gözləntiiniz nədir?
- ⁠Səmimi danışsaq, bu komanda bir aydır ki, yaradılıb. Biz uşaqları sadəcə bölgələrdən fiziki özəlliklərinə görə seçmişik. Onlarla cəmi 1 aydır məşq edirik. Çoxunun voleybolla heç tanışlığı yox idi. Çalışmışıq ki, ilkin olaraq voleybolun fundamental texniki amillərini aşılayaq. Ona görə bu uşaqlardan böyük bir şey gözləmək olmaz. Təbii ki, onlar gələcəkdə voleybolda böyük söz sahibi olacaqlar.

- ⁠Siz səhhətinizə görə yarışa yollanmamısız. Bu, komandada çətinlik yaratmayacaq ki?
- ⁠Bizim çox çalışqan və gənc yerli məşqçimiz onların yanında olacaqlar. Azərbaycana gəldiyim gündən mənimlə birgə əsas komanda ilə çalışıblar. Ayrıca olaraq, yüksək dərəcəli türkiyəli mütəxəssis Cengiz Akarçeşme də yığma ilədir. Zənn edirəm ki, onların olduğu yerdə mənə çox da ehtiyac olmaz. Onlar yüz faiz əllərindən gələni edəcəklər. Orada olmamağım heç hiss olunmayacaq.

- ⁠Səhhətiniz hazırda nə yerdədir? Problem ciddidir?
- ⁠Şükürlər olsun ki, ciddi problemim yoxdur. Biz U-18 komandamızla da 2 gündür Sumqayıt Olimpiya İdman Kompleksində məşqə başlamışıq. Federasiyanın uzaqgörən siyasəti nəticəsində onları Azərbaycan Super Liqasında oynadacağıq. Komanda gündə iki dəfə fitnes və topla məşq edir. Ayrıca olaraq, "Sumqayıt" regional komandası təşkil etmişik. Bir komandanı da Estoniyaya göndərmişik. Müxtəlif zallarda məşqlər keçirdik. Qaçaqaçda olduğum üçün xəstələndim və özümü yaxşı hiss etmirdim. Həkim də bildirdi ki, sən çox stress keçirirsən və istirahət etməlisən. Uzaq məsafə olduğundan həkim yarışa getməyi məsləhət bilmədi. Bir müddət istirahət etməli olduğumu dedi. Təəssüflər olsun ki, bu da komandamızın getmə ərəfəsinə düşdü.

- ⁠Komanda ilə birgə işləməyə nə zaman dönəcəksiniz?
- ⁠Burada başqa komandamız da var. Onlarla işlərimizə davam edirik, heç nəyi saxlamamışıq. Super Liqada mübarizə aparacaq gənclər komandamızla hər gün məşq edirik. Estoniyaya gedən yığma geri dönəndən sonra onları da nəzarətdə saxlayacağıq.

- ⁠ EEVZA çempionatında komandanın hədəfi nə olacaq?
- ⁠Komanda yeni olduğu üçün həqiqətən çox şey öyrənməlidirlər. Bu uzun bir zaman istəyir. Azərbaycanı təmsil etdikləri üçün əllərindən gələni edəcəklər. Bunlar bizim gələcəyimizdir. Onlara zaman verməliyik. Səbirli olmalıyıq. Əminliklə deyə bilərəm ki, bu komandadan çox şeylər görüb, çox şeylər eşidəcəyik.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Bu gün, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
Dünən, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
Dünən, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Basketbol
Dünən, 22:24

“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların böyük rolunu vurğuladı

Futbol
Dünən, 22:00

Zirə baş məşqçisi Rəşad Sadıqov: Heyətimizdə səkkiz‑doqquz zədəli futbolçu var

Futbol
Dünən, 17:55

Vəli Qasımov: Neftçi oyunda Sabahdan bir qədər üstün idi, ancaq nəticə bərabərlik oldu

Futbol
Dünən, 15:34

Sumqayıt son yeddi qarşılaşmada Qəbələyə məğlub olmayıb

Futbol
Dünən, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Dünən, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Dünən, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Dünən, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Dünən, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Dünən, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Dünən, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Dünən, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Dünən, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Dünən, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
09 oktyabr 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
09 oktyabr 2026, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Futbol
09 oktyabr 2026, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi;

Qarabağ FK
09 oktyabr 2026, 16:45

Azərbaycan Kubokunda 12‑0 qalibiyyətlə son 23 mövsümün ən böyük fərq rekordunu kəsdi

Cüdo
09 oktyabr 2026, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
09 oktyabr 2026, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Oxşar xəbərlər