top
Yeni yaradılan klubun türkiyəli prezidenti: Azərbaycan voleybolunu qızıl dövrünə qaytarmaq istəyirik - MÜSAHİBƏ Idman.biz
04 noyabr 2025, 17:10
- ↺ +

Yeni yaradılan klubun türkiyəli prezidenti: Azərbaycan voleybolunu qızıl dövrünə qaytarmaq istəyirik - MÜSAHİBƏ

Bu mövsüm qadın voleybolçular arasında Yüksək Liqada debüt edən komandalardan biri də "DH Volley Baku" kollektividir. Yeni yaradılan klub həyata keçirdiyi transferlərlə çempionluğa iddialı olduğunu göstərdi. Bəs, klubun təməli necə qoyulub?

Bu və digər suallar ətrafında Bakı təmsilçisinin prezidenti Şərəf Yalçınla söhbətləşdik. Türkiyəli funksionerin AZƏRTAC-a verdiyi müsahibəni təqdim edirik:

- "DH Volley Baku" ideyası necə yarandı?

- "DH Volley Baku" ideyası Azərbaycanda qadın voleyboluna yeni nəfəs gətirmək, həm də bu idman növündə davamlı inkişaf və peşəkar idarəetmə modelini qurmaq məqsədilə yaranıb. Əsas motivimiz yerli oyunçular üçün sabit platforma yaratmaq və Azərbaycan voleybolunu yenidən beynəlxalq arenada tanıtmaqdır. Bunun üçün də əlimizdən gələn hər şeyi edirik. Hazırda komandamızın heyətində yığmada çıxış edən 5 voleybolçu var. Onlardan 3-ü yenidən milliyə dəvət olundu.

- Sizcə, komandanız Azərbaycan qadın voleybolundakı hansı boşluğu doldura bilər?

- Hazırda ən böyük boşluq uzunmüddətli inkişaf strategiyasının və yerli istedadlara etimadın azlığıdır. "DH Volley Baku" bu boşluğu həm gənc oyunçuların yetişdirilməsi, həm də müasir idarəçilik modeli ilə doldurmağı qarşısına məqsəd qoyur. Gənc oyunçuların inkişafı bizim prioritet istiqamətlərimizdəndir. Onların fiziki, taktiki və psixoloji hazırlığına investisiya qoymaqla həm klubun, həm də ölkə voleybolunun gələcəyini təmin etməyə çalışırıq. Əlimizdə istedadlı oyunçular var və onları Azərbaycan voleyboluna qazandırmaq istəyirik.

- Komandanın formalaşma prosesi necə oldu? Əsas seçim meyarlarınız nələr idi?

- Komanda həm təcrübəli, həm də perspektivli oyunçuların balansı əsasında quruldu. Əsas meyarlarımız peşəkarlıq, komanda ruhu, intizam və motivasiya idi. Biz yalnız bacarığı deyil, həm də mental gücü yüksək olan idmançıları bir araya gətirdik.

- Azərbaycan voleybolunda gənc istedadların sayını necə qiymətləndirirsiniz?

- Gənc istedadlarımız az deyil, sadəcə, onlara düzgün şərait və uzunmüddətli etimad lazımdır. Əgər bu potensialdan sistemli şəkildə istifadə etsək, Azərbaycan voleybolu yenidən qızıl dövrünə qayıda bilər. Bizim də istəyimiz məhz budur.

- "DH Volley Baku"nun cari mövsüm üçün əsas hədəfi nədir?

- Əsas hədəfimiz keyfiyyətli oyunla çempionatda qızıl medal və avrokuboklara vəsiqə qazanmaqdır. Azərbaycan voleyboluna səs salmaq və yolumuza uğurla davam etmək istəyirik. Paralel olaraq, komanda daxilində gənc oyunçuların təcrübə qazanmasını da vacib məqsəd hesab edirik. İnanırıq ki, çempion olacağıq.

- Sizcə, Azərbaycanda qadın voleybolunun daha populyar olması üçün nələr çatmır?

- Marketinq və mediayönümlü fəaliyyət çatışmır. Klublar və federasiya birlikdə çalışaraq, voleybolu məktəblərə, universitetlərə və sosial mediaya daha da yaxınlaşdırmalıdır. Azarkeşlə emosional bağ yaratmaq lazımdır.

- Azərbaycan çempionatında təşkilatçılıq səviyyəsini necə qiymətləndirirsiniz?

- Son illərdə müəyyən irəliləyişlər olsa da, hələ də peşəkar idarəetmə, sponsor cəlbi və infrastruktur baxımından inkişaf potensialı böyükdür. Biz "DH Volley Baku" olaraq bu sahədə nümunə olmağa çalışırıq.

- "DH Volley Baku" gələcəkdə uşaq və gənclər akademiyası açmağı planlaşdırırmı?

- Bəli, bu artıq növbəti planlarımızdır. Akademiya layihəsi üzərində ilkin işlərə başlanılıb. Məqsədimiz 10–18 yaş arası qız uşaqlarını sistemli şəkildə yetişdirmək və onları gələcəkdə əsas komandaya inteqrasiya etməkdir.

- Avropa səviyyəsində rəqabət üçün Azərbaycan klubları nələri dəyişməlidir?

- Avropa səviyyəsində rəqabət aparmaq üçün klublar davamlı inkişaf konsepsiyasını mənimsəməlidirlər. Təkcə güclü oyunçularla deyil, bilik və sistem üzərində qurulmuş bir model yaradılmalıdır. Bunun üçün elmi yanaşma, müasir məşq metodikası, düzgün bərpa prosesi və oyun analiz sistemi qurmaq vacibdir. Həmçinin yerli oyunçulara inam və öz məktəbini formalaşdırmaq uzunmüddətli uğurun əsas açarıdır. Gənclərə yatırım, yerli məşqçilərin inkişafı və uzunmüddətli maliyyə sabitliyi Avropa səviyyəsində rəqabət üçün əsas şərtlərdir.

- Klub prezidenti kimi özünüzə hansı prinsipi əsas götürürsünüz?

- Əsas prinsipim sistemli fəaliyyət, peşəkarlıq və intizamın qorunmasıdır. Hesab edirəm ki, uğurun əsasını düzgün strukturun qurulması və hər bir prosesin planlı şəkildə idarə olunması təşkil edir. "DH Volley Baku"da bütün qərarlar strateji yanaşma, məsuliyyət və şəffaflıq prinsipləri üzərində formalaşır. Bizim üçün hər bir üzvün peşəkar münasibəti, intizamlı davranışı və komanda maraqlarına sadiqliyi prioritetdir. Məqsədimiz yalnız idman nəticələri ilə deyil, həm də idarəetmədə sabitlik və institusional etibarla fərqlənməkdir. "DH Volley Baku"da məqsədim yalnız nəticə qazanmaq deyil, dayanıqlı, hörmətə əsaslanan və gələcəyə yönəlmiş bir sistem qurmaqdır.

- Maraqlıdır, qarşıdakı illərdə komandaya tanınmış voleybolçular transfer etməyi planlaşdırırsınız?

- Növbəti illərdə Türkiyə millisində oynamış oyunçu gətirmək istəyirik. Menecerlərimiz bunun üzərində çalışırlar.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 09:50

“Birbaşa Bakı” və “Zirə” komandaları Çempionlar Liqasının 1/8 finalında İspaniyada çıxış edir

Futbol
Bu gün, 09:43

Messinin Argentina millisində son oyun üçün biletlər dörd dəqiqəyə satıldı

Futbol
Bu gün, 09:28

U-21 Azərbaycan milli komandası Çexiya ilə Bank Respublika Arenada üz-üzə gələcək

Şahmat
Bu gün, 09:25

Azərbaycan şahmat komandası bu gün Özbəkistanda Ermənistan və Çexiya ilə qarşılaşacaq

Futbol
Bu gün, 06:39

Lionel Skaloni, Argentina millisinin yeni kapitanı olaraq Kristian Romero'yu açıqladı

Futbol
Bu gün, 01:49

Deku bildirib ki, Barcelona keçən yay Lautaro Martinez transferi üçün maraqlanmışdır

Futbol
Dünən, 23:21

Mançester Yunayted və Tottenham Fulham‑ın xorvat hücumçusu İqor Matanoviçi üçün maraqlanır

Futbol
Dünən, 21:56

“Zirə”nin futbolçusu Ktatau əməliyyatdan keçib

Futbol
Dünən, 20:31

AC Milan, beş dəfə yüksələn dəyəri olan Alessandro Romano’yu transfer etmək istəyir

Futbol
Dünən, 20:12

Mançester Siti'nin transfer seçimi: 650 min futbolçulu məlumat bazasından filtrləmə prosesi

Futbol
Dünən, 18:00

“Araz‑Naxçıvan” milli komandalarının fasilədə iki yoxlama matçı keçiriləcək

Futbol
Dünən, 17:56

İspaniya dünyəvi çempionu futbolçusundan anonim qəhrəman: 1,2 milyon dollar bonusundan imtina edib

Futbol
Dünən, 17:48

İlham Yadullayev: Litva qarşısındakı matçdan öncə qələbə milli komandamız üçün vacibdir

Güləş
Dünən, 17:03

Azərbaycanda çimərlik güləşinin Dünya Seriyası finalı üçün heyət açıqlanıb

Basketbol
Dünən, 16:18

"Sumqayıt" klubunun Elçin Salmanzadə ilə bir illik müqaviləsi

Qarabağ FK
Dünən, 15:00

U-16 milli komandamızın 22 futbolçusunun dəvət siyahısı

Boks
Dünən, 14:40

Azərbaycan boks millisi Avropada yeni 5 medal rekordunu qırdı

Minifutbol
Dünən, 14:38

“Zirə” minifutbol Çempionlar Liqasının G qrupunda ilk qələbəsini qazandı

Futbol
Dünən, 11:24

Premyer Liqa milli komandalar üçün 225 oyunçu göndərərək TOP‑5‑də birinci yerdədir

Şahmat
Dünən, 11:24

Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan kişiləri Hindistan, qadınları isə Argentina ilə qarşılaşır

Futbol
Dünən, 11:09

“Qəbələ” futbol klubu Karvan‑Yevlax və Yaponiyanın U‑20 millisi ilə test matçları keçirəcək

Futbol
Dünən, 11:00

Edqar Adilxanovun milli komandada debut hekayəsi: “Gözləmirdim, xəbərim yox idi”

Futbol
Dünən, 10:54

“Turan Tovuz”da idarə heyəti dəyişir, büdcə 15 mln-dən 25 mln-ə artırılacaq

Şahmat
Dünən, 10:32

Azərbaycan şahmat milli komandalarının Hindistan və Argentinaya qarşı 8-ci tur heyətləri açıqladı

Oxşar xəbərlər