top
Yelena Parxomenko: Azərbaycanlı mütəxəssislər üçün beynəlxalq təyinat almaq bir qədər çətindir Idman.biz
04 dekabr 2025, 10:50
- ↺ +

Yelena Parxomenko: Azərbaycanlı mütəxəssislər üçün beynəlxalq təyinat almaq bir qədər çətindir

Yaxın vaxtlarda bir neçə azərbaycanlı voleybol mütəxəssisi Avropa Voleybol Konfederasiyasından (CEV) beynəlxalq təyinatlar aldı. Onlardan biri də federasiyanın nümayəndəsi, sabiq voleybolçu Yelena Parxomenko oldu. O, supervayzer kimi qadınların CEV Kubokunun 1/16 finalında "Türk Hava Yolları" - "Avarqa Menorka" görüşündə iştirak etdi. Bu, onun CEV-dən aldığı ilk beynəlxalq təyinat idi.

Yelena Parxomenko supervayzerlik işi və öz təcrübəsi barədə İdman.Biz-ə danışıb.

- Siz əvvəllər kişi millisinin meneceri idiniz. Niyə supervayzer olmağa qərar verdiniz?

- Bu sahə həmişə diqqətimi çəkib. Əvvəllər Azərbaycanda turnirlər keçiriləndə, hakimlər komissiyası və supervayzerlərlə işləyən komandaya kömək etməyə çalışırdım. Menecerliklə supervayzerlik vəzifəsini birləşdirmək olmaz - maraqlar toqquşur. Buna görə tam şəkildə ixtisasımı dəyişməyə qərar verdim. Axı bu həm beynəlxalq təcrübə, həm səfərlər, həm yeni tanışlıqlar, həm də voleybolda qalmaq imkanıdır.

- Supervayzer nəyə cavabdehdir?

- Supervayzer bütün qayda və reqlamentlərin icrasına nəzarət edir: meydançanın, avadanlıqların, reklamın hazır olmasından tutmuş, oyunçuların formalarının və komanda sənədlərinin yoxlanmasına qədər. Onlayn sistemlərin və yayımın işləməsini də izləyirik. Oyunun nəticəsinə təsir etmirik, amma istənilən insidenti — hakim səhvləri, komanda etirazları və digər halları protokola daxil edirik.

- Supervayzer olmaq üçün nə lazımdır? Keçmişdə voleybolçu olmaq şərtdirmi?

- Mütləq deyil, amma voleybolu bilmək və sevmək çox kömək edir. İngilis dili, kompüter bacarıqları və CEV materiallarını öyrənmək lazımdır. Adətən supervayzerlərin voleybolda təcrübəsi olur: keçmiş oyunçular, menecerlər və ya federasiya əməkdaşları. Klublarla bağlı olmayanlar da var, sadəcə vaxtilə voleybolla məşğul olublar və CEV tələblərini daim öyrənirlər. Çünki yarışların təşkili ilə bağlı qaydalar mütəmadi yenilənir.

- Beynəlxalq oyunlara təyinat prosesi necədir?

- Əvvəlcə müraciət edirsiniz, sonra çoxlu materiallar öyrənilir və testdən keçilir. Daha sonra vebinarlar təşkil olunur və imtahan suallarını yenidən müzakirə edirik.

- İlk təyinatınız necə keçdi?

- Çox həyəcanlı idim, hətta bir az əsəbiləşmişdim də. Bu, tamam başqa səviyyədə məsuliyyətdir. Sistemlə bağlı kiçik nasazlıqlar oldu, amma hamısını operativ şəkildə həll etdik.

- Azərbaycan çempionatındakı oyunların təşkilatı ilə beynəlxalq səviyyə arasında fərqlər varmı?

- Məncə, geri qalmırıq. Yüksək səviyyəli bir çox yarışı keçirmişik və onların təşkilatının öhdəsindən yaxşı gəlmişik. Bəli, bütün zallarda lazımi avadanlıq olmaya bilər, məsələn, "score sheet" (oyunun hesabını göstərən elektron tablo). Amma ümumilikdə Azərbaycan çempionatında mümkün olan ən yüksək səviyyədə çalışırıq.

- Azərbaycanlı supervayzer yerli oyunlara təyin oluna bilərmi?

- Bəli, mən milli çempionatda supervayzer kimi çalışıram. Amma söhbət Azərbaycanda keçirilən beynəlxalq oyunlardan gedirsə, burada hər şey CEV-in qərarından asılıdır. Azərbaycan komandalarının iştirak etdiyi oyunlara maraqlar toqquşmasın deyə adətən neytral supervayzerlər təyin edilir.

- Yeni təyinat almısınızmı?

- Bəli, Rumıniyada yanvarda keçiriləcək oyuna təyin olunmuşam. Təyinatlar rəy və təcrübədən asılıdır: nə qədər yaxşı işləyirsənsə, bir o qədər çox turnir etibar edilir. Təcrübəli Azərbaycan supervayzerlərindən müsbət rəylər aldım, onlara dəstəklərinə görə təşəkkür edirəm. Azərbaycan üçün bəzi çətinliklər var: coğrafi məsafə, bahalı uçuşlar, viza məsələləri. Ona görə bizim mütəxəssislər üçün təyinat almaq bir qədər çətindir.

Leyla Eminova

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Oxşar xəbərlər