top
Yelena Parxomenko: Avropa çempionatında alt qrupdan çıxmaq şansımız var Idman.biz
14 oktyabr 2025, 11:00
- ↺ +

Yelena Parxomenko: Avropa çempionatında alt qrupdan çıxmaq şansımız var

Azərbaycan millisinin və "Azərreyl" klubunun sabiq voleybolçusu Yelena Parxomenko ölkəmizin tanınmış idman simalarından biridir. O, hazırda Azərbaycanın kişilərdən ibarət milli komandasının meneceridir və həyatını hələ də voleybola həsr edir.

Yelena Parxomenko İdman.Biz-ə müsahibəsində hazırkı fəaliyyəti, III MDB Oyunları ilə bağlı təəssüratları, 2026-cı il Avropa çempionatının püşkü və gələcək planları barədə danışıb.

- Yaxın günlərdə Gəncədə keçirilən III MDB Oyunlarını izlədiniz. Turnir və Azərbaycan yığmalarının çıxışı sizdə hansı təəssüratları yaratdı?

- Mən Oyunlarda Təşkilat Komitəsinin tərəfdən voleybol yarışlarının koordinatoru idim. Arenanın oyunlara, məşq zalının istifadəyə hazırlanması, oyunların və nəqliyyatın cədvəlinin tərtibi kimi işlər bizə həvalə olunmuşdu. Əlbəttə, bu prosesdə milli federasiya da mənə böyük dəstək göstərdi. Yarışlar yüksək səviyyədə təşkil olundu. Uzun müddətdir Avropada çıxış etməyən Rusiya və Belarus kimi komandaları izləmək maraqlı idi.

Qızlardan və oğlanlardan ibarət yığmalarımız bu üç ildə uşaq və yeniyetmələr arasında voleybolun inkişafı istiqamətində görülən işlərin nəticəsini əyani olaraq göstərdilər. Qızlar bürünc medal qazandılar, oğlanlar isə dördüncü oldular.

Noyabrın 20–23-də həmin yaş qrupları üzrə Şərqi Avropa Voleybol Zonası Assosiasiyasının yarışları keçiriləcək. Bu turnir Avropa çempionatının seçmə mərhələsinə bir növ hazırlıq olacaq. Məncə, federasiya bu mərhələdə gənclər yığmaları üçün mümkün olan maksimumu edib.

- Artıq 2026-cı ildə Bakıda keçiriləcək Avropa çempionatının geri sayımı başlayıb. Püşk atılıb. Qrupdakı vəziyyəti necə qiymətləndirirsiniz?

- Avropa çempionatı qitənin ən güclü komandalarının toplanış yeridir və burada rəqibi zəif saymaq olmaz. Amma bizim alt qrupdan çıxmaq üçün yaxşı şanslarımız var. Qızlarımızın potensialını bilirəm və inanıram ki, onlar ən yaxşı oyunlarını məhz burada göstərəcəklər.

Qrup mərhələsində nə qədər yüksək nəticə qazanılsa, pley-offda da bir o qədər münasib rəqiblə qarşılaşmaq imkanı yaranacaq. Təbii ki, biz Türkiyə yığması ilə ilk mərhələdə deyil, finalda üz-üzə gəlmək istərdik.

Hazırda hər oyun milli komandanın reytinqinə təsir edir. Bu reytinq həm dünya çempionatına, həm də Olimpiadaya vəsiqə qazanmaq baxımından çox vacibdir. Hər şey öz əlimizdədir. Əsas odur ki, voleybolçular klub mövsümünü zədəsiz keçirsinlər və sona qədər mübarizə aparmağa hazır olsunlar. Faiq Qarayevin rəhbərlik etdiyi məşqçi heyətimiz çox güclüdür və komandaya düzgün istiqamət verir.

- Azərbaycanın Yüksək Liqasında yeni mövsüm öncəsi canlanma hiss olunur. "Turan" və DH Volley" kimi yeni klublar debüt edəcəklər. Sizcə, bu, çempionatın səviyyəsinə necə təsir edəcək?

- Bu gün liqanın səviyyəsini artırmaq məqsədilə yeni klublar yaradılır və bu çox sevindirici haldır. Həmin komandaların sistemində voleybolu yaxşı bilən, təcrübəli insanlar çalışır. Klublar beynəlxalq qaydalara uyğun şəkildə formalaşdırılır, heyətlərə isə öz milli komandalarında ad qazanmış oyunçular cəlb olunur. Bu da rəqabəti artıracaq.

Yeni mövsümdə çox maraqlı və gərgin görüşlər görəcəyik. Çempionu müəyyənləşdirmək də çox çətin olacaq.

- Bir ay öncə Tailandda qadınlar arasında dünya çempionatı başa çatdı və qalib İtaliya oldu. Sizcə, Azərbaycan millisi yenidən bu turnirə nə vaxt qatıla bilər?

- İndi dünya çempionatına yalnız reytinq əsasında vəsiqə qazanmaq mümkündür, çünki seçmə mərhələlər artıq keçirilmir. Bunun üçün komandamız mütəmadi yarışlarda iştirak etməli, qələbələr qazanmalı və xal toplamalıdır.

Hazırkı sistemin ədalətli olub-olmamasına əmin deyiləm. Nəsil dəyişimi dövründə bu proses bir qədər uzana bilər. Əvvəllər dünya çempionatının seçmə mərhələsində uğur qazanmaq və yeni komandanı tədricən formalaşdırmaq daha asan idi. İndi isə reytinq sistemi bunu bir qədər çətinləşdirib.

- Müasir voleybolu necə xarakterizə edərdiniz? O, sizin oynadığınız dövrdən nə ilə fərqlənir?

- 2018-ci ildə Gürcüstanda keçirilən Şərqi Avropa zonası turnirində Rusiya yığmasını son dəfə izlədim. Həmin vaxt 15–16 yaşlı İrina Fedorovtseva orada çıxış edirdi. Rusiya komandasının gənc oyunçularının zərbələrinin gücü o qədər böyük idi ki, öz-özümə dedim: "Düz etmişəm, vaxtında karyeramı bitirmişəm".

İndi qadın voleybolu daha çox gücə əsaslanır, zərbələrin sürəti artıb. Bu da fiziki hazırlıqda yeni metodların tətbiqi ilə bağlıdır. Əgər mən hələ də oynasaydım, təbii ki, məşq proqramım da fərqli olardı. Amma hər şeyin öz zamanı var. Mən vaxtilə Çempionlar Liqasının ən yaxşı oyunçularından biri olmuşam. Meydanda bir ayaq üstə havaya qalxaraq zərbə endirmə tərzimlə həm oyunçular, həm də məşqçilər hesablaşırdılar. Öz dövrümdə mən də öz yerimdə idim. İndi isə başqa oyunçuların və fərqli voleybolun dövrüdür – bu, həyatın və idmanın təbii axınıdır.

- Məşqçiliyi düşünmürsünüzmü? Belə bir fürsət yaransa, bu yola çıxardınızmı?

- Mənim ikinci səviyyəli məşqçi sertifikatım var, həmçinin Bədən Tərbiyəsi Akademiyasını məşqçi-instruktor ixtisası üzrə bitirmişəm. Amma hələlik özümü bu sahədə görmürəm. Bəzən olur ki, meydanda hansısa epizodda nəsə demək, istiqamət vermək istəyirəm, amma bu qədər.

Hazırda Avropa Voleybol Konfederasiyasında supervayzer kursunu keçmişəm və düşünürəm ki, təşkilati sahədə davam edim. MDB Oyunlarında Təşkilat Komitəsində işləmək mənim üçün çox dəyərli təcrübə idi - həm yeni biliklər qazandım, həm də yüksək səviyyədə iş gördük.

- Sonda nə demək istərdiniz?

- Mən voleybolu sevirəm və həmişə də sevmişəm. 11 yaşımda bu idman növü ilə məşğul olmağa başlamışam. Artıq 9 ildir Federasiyada çalışıram və gələcəkdə də faydalı olmaq istəyirəm. Faiq Qarayev hər zaman bilib ki, kim hansı işi görə bilər.

Mənim arzum odur ki, Prezident İlham Əliyev yenidən milli komandanın oyunlarını ziyarət etsin. O, artıq yeni nəsil oyunçuların matçlarında iştirak edib. İdmançılar bunu qiymətləndirməli və daha yüksək nəticə göstərməlidirlər. O zaman mən də biləcəyəm ki, gördüyüm iş hədər deyil.

Zəki Feyzullayev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Oxşar xəbərlər