top
Xilasedicinin baş məşqçisi Cəlil Cəlilov Çallenc Kuboku oyununun telekanallarda yayımlanmamasından danışdı Idman.biz
08 dekabr 2025, 13:32
- ↺ +

"Xilasedici"nin baş məşqçisi Cəlil Cəlilov Çallenc Kuboku oyununun telekanallarda yayımlanmamasından danışdı

9 dekabrda kişilərdən ibarət voleybol klubu "Xilasedici" Çallenc Kubokunun 1/16 final mərhələsində Belçikanın "Lindeman" komandasına qarşı Bakıda ilk oyununa çıxacaq.

Bu mühüm qarşılaşma ərəfəsində İdman.Biz komandamızın baş məşqçisi Cəlil Cəlilovla danışıb son vəziyyəti öyrənməyə çalışıb.

- Rəqibə hörmətlə yanaşsaq da, "Lindeman" o qədər də keçilməz komanda deyil. Bakıda keçiriləcək qarşılaşma üçün kluba hansı konkret hədəflər müəyyənləşdirilib?

- Bəli, sizinlə razıyam - hazırkı rəqibimiz 1/32 finalda məğlub etdiyimiz "Styaua" qədər təcrübəli deyil və onu keçilməz adlandırmaq doğru olmaz. Buna görə də klub rəhbərliyi komanda qarşısında konkret tapşırıq qoyub – ilk oyunda 3:0 və ya heç olmasa 3:1 hesabı ilə qalib gəlmək. Bu nəticə səfər matçı öncəsi ciddi üstünlük qazandırar.

- Bəs sonra? "Xilasedici" bu turnirdə nəyi hədəfləyir?

- Gəlin, "ayını ovlamamış, dərisini böloüşdürməyək". Hazırda bütün diqqətimiz məhz bu oyuna və bu rəqibə yönəlib.

- Bu sualı ona görə verdim ki, klub dünya səviyyəsində ulduz bir oyunçu ilə güclənməyi planlaşdırırdı. Axı siz turnirdə cəmi iki oyun üçün transfer etməzsiniz...

- Tamamilə doğrudur. Biz ən azı yarımfinala qədər irəliləmək istəyirik – buna nail olsaq, turnirdə debütümüzü uğurlu saymaq olar. Ulduz oyunçu məsələsinə gəlincə, söhbət Braziliya millisinin üzvü, yüksək səviyyəli oyunqurucu Kalisiudan gedir. Təəssüf ki, o, ilk matçda bizə kömək edə bilməyəcək, çünki müqavilə hələ imzalanmayıb. Amma əminik ki, razılıq əldə olunsa, 7 yanvarda Belçikada keçiriləcək cavab oyununda heyətimizdə olacaq. Hələlik isə bütün voleybolsevərləri və azarkeşlərimizi komandamızı dəstəkləməyə çağırıram – matç sabah saat 18:00-da Hövsan qəsəbəsindəki İdman-Sağlamlıq Mərkəzində baş tutacaq.

- Zal təxminən iki min tamaşaçı tutur. Əminəm ki, oyunu izləmək istəyənlərin sayı daha çoxdur. Bəs digərləri nə etməlidir? Qarşılaşmanı hansı telekanalda izləmək olar?

- Təəssüf ki, heç birində. Nə "CBC Sport", nə də İdman TV müxtəlif səbəblərdən matçı yayımlamayacaq və bu, çox məyusedicidir. Çünki bu, ölkə çempionatının adi oyunu deyil, avrokubok qarşılaşmasıdır. Üstəlik, qalib gəlmək üçün çox böyük şansımız olan bir matçdır və bunu yerli tamaşaçılarımıza göstərmək istərdik. Görünür, voleyboldan daha vacib nələrsə var.

Vüqar Vüqarlı

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
Bu gün, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
Bu gün, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
Bu gün, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Futbol
Bu gün, 09:56

Neftçi – Sabah qarşılaşması Misli Premyer Liqasının 7-ci turunda Palms Sports Arena’da

Futbol
Bu gün, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Bu gün, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Bu gün, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
Dünən, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
Dünən, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Cüdo
Dünən, 22:46

Bakıda keçirilən cüdo dünya çempionatı: Azərbaycan üçüncü yerdə

Futbol
Dünən, 22:33

PSJ iki oyunçusuna əlavə istirahət verdi

Futbol
Dünən, 21:23

AFFA rəhbərinə UEFA-dan Qadınlar Dünya Çempionatı 2027 seçmə matçı üçün təyinat

Futbol
Dünən, 19:25

“İmişli” PFK‑da Zamir Həsənov və Rəsul Allahverdiyevlə yollar ayrıldı

Basketbol
Dünən, 16:57

“Neftçi”nin basketbolçusu: “FIBA Avropa Kubokunda mərhələ keçmək üçün şansımız var”

Basketbol
Dünən, 12:14

Sumqayıtın basketbolçısı Teyvion Kirk: ‘Play‑offun dörd ən güclü komandası arasında olmaq istəyirik’

Futbol
Dünən, 11:26

“Neftçi” Matheus Davonu qış transferində heyətinə qatmaq istəyir

Futbol
Dünən, 10:41

“Səbail” “Sərtan Taşkın”ı transfer etdi

Futbol
Dünən, 10:11

Ronaldın çıxışı sonrası Portuqaliya milli komandası FIFA reytinqində beşinci yerə yüksəldi

Futbol
Dünən, 09:41

Azərbaycan Kubokunun birinci mərhələsində bu gün üç yeni qarşılaşma baş tutacaq

Qarabağ FK
Dünən, 06:23

“Qarabağ”ın 18 yaşlı hücumçusu Əli İbrahim “Olimpiakos” B komandasında baxışa yollanacaq

Futbol
Dünən, 04:14

Benin məşqçisi: Argentina oyunçularından Messi'nin fotosunu və formasını ala bilmədik

Basketbol
07 oktyabr 2026, 23:54

LANDAU Lions FIBA Avropa Kubokunda 83-105 ilə “Lions de Geneve”yə məğlub oldu

Futbol
07 oktyabr 2026, 23:38

Luka Modriç Messi’nin milli karyerasını başa vurmasına təəssüfünü bildirir: “O, unikal futbolçudur”

Oxşar xəbərlər