Azərbaycanın Yüksək Liqa təmsilçisi "Xilasedici" klubu xorvatiyalı voleybolçu transfer edib.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bakı təmsilçisi İvan Mihaljla anlaşıb. 34 yaşlı xorvatiyalı blokçu ilə müqavilənin müddəti 2025/2026 mövsümünü əhatə edəcək.