Azərbaycanın kişi voleybolçulardan ibarət "Xilasedici" komandası Çelenc Kubokunda ilk matçını keçirəcək.
İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi 1/32 final mərhələsində Rumıniyada "Steaua" kollektivinin qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü noyabrın 20-də Bakıda, Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 18:00-da başlayacaq.