Voleybol üzrə Azərbaycan çempionatının yeddinci turunda "Xilasedici" ilə "Ordu" arasında keçirilən oyun yarımçıq dayandırılıb.
İdman.Biz xəbər verir ki, dünən Fövqəladə Hallar Nazirliyinin İdman Kompleksində baş tutan qarşılaşma ikinci setdə oyunun supervayzeri Zöhrab Gözəlbəyli tərəfindən meydançada yaranan gərginliyə görə dayandırılıb.
İnsidentlə bağlı bu gün Azərbaycan Voleybol Federasiyasında (AVF) növbədənkənar iclas keçiriləcək.
Toplantıda hər iki klubun baş məşqçiləri - "Xilasedici"nin çalışdırıcısı Cəlil Cəlilov və "Ordu"nun baş məşqçisi Cavid Süleymanov iştirak edəcək.
İdman.Biz hadisələrin inkişafını izləyəcək.
Vüqar Vüqarlı